Möhkəm ağacdır və bir qədər sərtdir. Ümumiyyətlə məqbul biridir. Nəzakətli duyğuları vardır! Lakin aqressiyaya və şiddətə müraciət etməsi də mümkündür. Sakit və dözümlüdür. Ədalət duyğusu ziddiyətlidir. Həssasdır, lakin qısqanclığı da vardır. Bu qısqanclığı çox vaxt gizlətməyi bacarır. Boylu buxunlu və gözəldir. Uzun ömür sürən, gəncliyə məxsus bütün keyfiyyətlərini lap qocalanadək saxlayan adamlardandır. Yaxşı formasını, qədd-qamətini, cəldlik və çevikliyini qorumaq ona müyəssər olur. Həmişə səliqəli sahmanlıdır, naz-qəmzəsi də vardır. Əlverişli şəraitə düşdükdə, hər hansı sahədə müvəffəqiyyət qazana bilir. Hər cür vəziyyətdə cəldlik və zirəklik göstərir. Planları çoxdur, onları müvəffəqiyyətlə həyata keçirməyi bacarır. Yolundan çıxmır. Həyatını təşkil etməyi pis bacarmır. Adətən sərhesab olsa da, büdcəsini heç bir səhvə yol vermədən təşkil etsə də, bəzən səxavəti aşıb-daşır. Öz mülkiyyətini bölüşməyi əsla xoşlamır, onu qənaətlə sərf edir. Fıstıq abırlı məxluqdur, bir çox sanballı keyfiyyətlərə malikdir, həmişə müsbət və mənfi cəhətləri ölçüb-biçir, heç bir zaman təsadüfün hökmünə bel bağlamır. Məhəbbətdə fantaziyası çatışmır. İdeal ərdir (və ya arvaddır). Çalışır ki, uşaqları olsun, öz evini nümunəvi təşkil etsin, məzuniyyəti yaxşı keçirsin. Yetkin yaşda başına bir vəya iki macəra gələ bilər, bunun əsas sədəbi özünə və başqalarına sübut etməkdir ki, hələ gəncdir, cazibədardır və gümrahdır. Ziyalıdır, təşkilatçılıq qabiliyyətinə və sağlam düşüncəyə malikdir. Aşkar materialistdir. Hər şeydən əvvəl varlı, sonra isə, mümkünsə xoşbəxt olmaq istəyir. Fıstıq işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: dərin düşüncə, dəqiqlik, təşkilatçılıq qabiliyyəti, realizm.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!