Zərif, hər mühitə ayaq uydura bilən, lüksü sevən, sağlamlığına diqqət yetirən, özünə güvənən, başqalarına da bir az yuxarıdan baxan biridir. Qərarlı, səbirsiz və başqalarına təsir etməyi sevər. Optimistdir və bacarıqlıdır. Tək və gerçək eşqini gözləyər. Tez qərar verər. Qollu-budaqlı əzəmətlidir. O qədər biçimli olmasa da, gövdəli və gözəl bitki təsiri bağışlayır. Hər cür şəraitə asanlıqla uyğunlaşır. Doğrudur, o rahat şərait arzusundadır, lakin lazım gəldikdə açıq səma altında gecələyə bilir. Sağlamdır. Hər yerdə özünü elə hiss edir ki, elə bil öz evindədir. Utancaqlıq nədir, bilmir. Çevikdir, özünə güvənəndir, ötkəmdir, eyni zamanda öz şəxsiyyəti ilə bağlı zarafatlardan çox pərt olur və bu zarafatları o qədər də başa düşmür. Heyrətləndirməyi, qəfildən sarsıtmağı, hamının diqqət mərkəzində olmağı xoşlayır, buna nail olmaq üçün hər cür qurbanlar verməyə hazırdır. Belə hesab edir ki, qərarlar qəbul etmək və həlledici söz demək məhz onun ixtiyarındadır. Ən mürəkkəb məsələləri məharətlə həll edir. Təhlükəni duymur, ehtiyatsızdır, gözlənilməz vəziyyətlərə düşmək ustasıdır. Xoşbəxtlikdən bu vəziyyətlərdən asanlıqla çıxmağı bacarır. Məğrurdur, xudbindir, açıq danışandır, üstəlik, hədsiz nikbindir ki, bu da istər işgüzar, istərsə də şəxsi həyatda çox zaman ehtiyatsız hərəkətlərə gətirib çıxarır. Təbiətən gərgin vəziyyətlərə meyli var. Zahirən müstəqil olsa da, kənar təsirə uyandır. Elə hallar olur ki, təcrübəli bir əlin işarəsi ilə özgə iradəsinin silahına çevrilir. Kartaslar arasında qəhrəmanlar da çoxdur, əzabkeşlər də. təsir altına düşə bildiyi kimi, başqalarına təsir göstərmək qabiliyyətinə də malikdir. Yan-yörəsinə təhrikedici təsir göstərir. Çox inadcıldır və həmişə özünü haqlı sayan adamlar sırasına mənsubdur. Həssas, kövrək və ürəyiyuxadır-kimə isə həmişəlik bağlana bilir və bunu əsl məhəbbət kimi qavrayır. Qalan nə varsa hamısına böyük əhəmiyyəti olmayan xoş bir vaxt keçirmək kimi baxır. Ziyalıdır. Problemləri sintezləşdirilmiş şəkildə qavramaq qabiliyyətinə malikdir. Heyrətamiz bir sürətlə düşünür və qərarlar qəbul edir. Çox vaxt, başlıca olaraq musiqi sahəsində kamilləşməyə meyl göstərir. Hər halda ritm duyğusu güclüdür. Macəralar üçün dünyaya gəlmiş bu adam adətən çevik və rəngarəng əmək həyatı keçirir. Kartas işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Tez qızışmaq, nikbinlik, ziyalılıq, deduksiya qabiliyyəti.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!