Domino Falınıza baxın.

Domino daşları ilk olaraq Uzaq şərqdə, Çində ortaya çıxmışdır. Bilinən ən qədim qeyd dominonun bizim eranın 10cu əsrində oyun olaraq oynandığını göstərməkdədir. Bu dominolar bildiyimiz dominolardan bir az fərqli olub, ağ mövcud deyildi. Domino və Kart oyunu oynamaq üçün istifadə edilə bilirdi. Çincədə onsuz da hər ikisi eyni heroqliflə göstərilməkdə idi. Ayrıca Inuitlərin də 148 daşdan ibarət domino oynadıqları bilinməkdədir. İndiki vaxtda oynanan 28 daşlı dominoya aid qeydlər 18. əsrdə oyunun İtaliya və Fransada oynandığını göstərir. Oyunun tarixinin nisbətən yaxşı bilinməsinə rəğmən, dominonun fal baxmaq üçün istifadə edilməsi ilə əlaqədar dəqiq məlumat yoxdur. Bilinən tək gerçək zər falında olduğu kimi, əslində onun fal üçün inkişaf etdirilmiş olmasına baxmayaraq sonradan fala olan inanc itirildikdən sonra oyun vasitəsinə çevrilmiş olmasıdır. Domino falı baxılması ən asan olan fal növüdür. Niyyətli tək bir dilək tutub bir domino çəkir və çəkdiyi dominoya aid ümumi bir şərh edilir. Bu isə köhnə zamanlarda şamanların niyyət tutaraq sümük üzərində çıxacaq xəttlərin şərh olunmasını xatırladır.

Domino Çək

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!