Tarot Falınıza Baxın.

Tarot Kartları ilk olaraq Trionfi deyə adlanmış daha sonralar Tarochhi, Tarock və başqa adlar daşımışdır. Tarot Kartları dəsti ümumiyyətlə 78 kartdan meydana gəlməkdədir. 18. əsrdən günümüzə qədər, tarot kartları ruhi və fikri yolların xəritəsi olaraq istifadə edilmişdir. 78 kartlı Tarot dəstəsi ezoterikler üçün iki tamamilə fərqli yola malikdir. Böyük Sirlər deyə xarakterizə edilən və 22 fərqli kozurdan ibarət olan Major Arkana, və ya kiçik sirlər də deyilən və 56 kartdan ibarət olan Minor Arcana ki, 4 fərqli dəstəyə aid 14 kartdan meydana gəlməkdədir. Bu 14 kartdan onu rəqəm digər dördü isə saray kartlarıdır. Major Arkana Sehrbaz, Baş Rahibə, İmperatriça, İmperator, Kahin, Aşiqlər, Döyüş Arabası, Güc, Aqil, Tale Çarxı, Ədalət, Asılmış Adam, Ölüm, Temperance, Şeytan, Qüllə, Ulduz, Ay, Günəş, Məhşər, Dünya və Təlxəkdir. Minor Arkana Saray kartları da deyilən; Hər 4 dəstəyə aid Kral, Kraliça, Cəngavər və Xidmətçi kartlarından ibarətdir.

Fala baxmaq üçün bir niyyət tutun və "Fala bax" düyməsinə basın. Sizin üçün təsadüfi 7 kart çəkiləcək və onların mənaları veriləcəkdir.

Tarot BackTarot BackTarot BackTarot BackTarot BackTarot BackTarot Back

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!