Bucaqlar

Bir ulduz xəritəsindəki Günəş, Ay və planetlər aralarında və bəzən də yüksələn bürclərlə bucaqlar meydana gətirirlər. Bu bucaqların bəziləri müsbət, bəziləri mənfi sayılırlar. Bucaq təşkil edən planetlər daha təsirli vəziyyətə gələ bilərlər. Astrologiyada bucaqların şərh olunması əhəmiyyətlidir.


Astrologiya

Doğum anına görə hesablanan ulduz xəritəsinə görə adamın həyatındakı ehtimalları şərh etməyə çalışan universal dil.


Atəş

Bürclər dörd qrupa ayrılmışdır, bunlara elementlər deyilməkdədir. Dörd elementdən biri olan atəş istəyi, həvəsi və təşəbbüsü təmsil edər. Qoç, Aslan və Oxatan atəş bürcləridir.


Bürclər Qurşağı

Üzərində on iki bürcün bərabər aralıqlarla düzüldüyü səma qurşağı.


Dəyişkən

Üç xüsusiyyətdən biridir. Əkizlər, Qız, Oxatan və Balıq bu qrupdandır.


Doğum Xəritəsi

İnsanın doğum anındakı səmanın vəziyyətini göstərən xəritə. Ulduz xəritəsi də deyilən doğum xəritəsi doğum tarixi, yer və saatına görə çıxarılır. Bu xəritə insanın şəxsiyyətini, qabiliyyətlərini, xüsusiyyətlərini, gələcəkdəki vəziyyətini və müvəffəqiyyət dərəcəsini göstərir.


Ekliptika

Səmada Günəşin keçdiyi fərz edilən xəyali yol.


Elementlər

Atəş, Torpaq, Hava və Su qruplarıdır.


Evlər

Səma evləri olaraq da bilinirlər. Səma bir dairə olaraq qəbul edilir. Bu dairə 30 dərəcəlik bərabər on iki qismə bölünməkdədir. Hər evin xüsusiyyətləri fərqlidir. Evlərə düşən bürc və planetlərə görə şərh edilir. Evlər, gündəlik fəaliyyət sahələrini təyin edir.


Geri Getmə (Retroqrad)

Yerdən baxıldığı zaman, planetlərin geri gedirmiş kimi görünən hərəkətləridir.


Planetlər

Günəş sistemində dünyadan başqa səkkiz planet vardır. Bunlar Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran, Neptun və Plutondur. Hər planet müəyyən həyat funksiyalarını idarə edir.


Hava

Dörd elementdən biridir. Hava bürcləri, beyin və zəka ilə əlaqədardır. Bunlar Əkizlər, Tərəzi və Dolçadır.


İşıqlar

Günəş və Ay Ulduz xəritəsinin ən əhəmiyyətli gücləridir. Bu ikisindən İşıqlar deyə bəhs edilir. Meydana gətirdikləri baxış bucaqlarıı və məskunlaşmaya görə adamın sağlamlığı və qazanacağı müvəffəqiyyətləri göstərirlər.


Kvadrat

Ulduz xəritəsindəki 90 dərəcəlik bucağa kvadrat deyilir. Gərginlik, qarşıdurma və ehtiras yaradır.


Qarşı Bucaq

Ulduz xəritəsindəki 180 dərəcəlik zidd bucaqdır. Ziddiyyət və gərginlik yaradır.


Xüsusiyyətlər

Bürclər enerji formaları baxımından üç qrupa ayrılmışdır. Lider, Sabit və Dəyişən olaraq adlandırılmışlar.


Lider

Üç xüsusiyyətdən biridir. Aktiv, atılqan və qərar vermə xüsusiyyətinə sahib bürclərdir. Bunlar Qoç, Yengəc, Tərəzi ve Oğlaq bürcləridir.


Sabit

Üç xüsusiyyətdən biridir. Dözüm, inadkarlıq kimi xüsusiyyətlərə sahib bürclərdir. Bunlar Buğa, Aslan, Əqrəb və Dolça bürcləridir.


Su

Dörd elementdən biridir. Yengəc, Əqrəb və Balıq su bürcləridir.


Torpaq

Dörd elementdən biridir. Buğa , Qız və Oğlaq torpaq bürcləridir.


Tranzit

Bir planetin hərəkəti əsnasında keçdiyi yerlər və mövqeyi. Ulduz xəritəsindəki planet və evlərlə bucaq əmələ gətirirsə hadisələri başladır.


Üçbucaq

Ulduz xəritəsindəki 120 dərəcəlik bucağa Üçbucaq deyilər. Uyğun bir bucaqdır, qabiliyyətləri və rahat enerji axışını ifadə edir.


İdarə edici planet

Evlərin olduğu bürcləri idarə edən planetdir. Məsələn ikinci ev Qız bürcü isə idarəçi planeti Merkuridir.


Yüksələn Bürc

Doğum saatı və yerinə görə Zodiakın şərq üfüqündə Yüksələn bürcdür. Yüksələn bürc Ulduz xəritəsində birinci evdə olur və ona görə xəritə hesablanır.


Zodiak

Üzərində on iki bürcün bərabər aralıqlarla düzüldüyü səma qurşağı.


Numerologiya

Ən qədim zamanlardan bəri, ədədlər, yalnızca hesablama üçün istifadə edilmirdilər. Məsələn, Kəldanilər, hərfləri həm də ədəd olaraq hər hansı bir adamın adının qiymətinə baxaraq, fal baxardılar.


Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!