Gizlilik və İstifadə Şərtləri

İstifadə şərtləri və qaydası, www.astroloq.com ("Web Sayt") adlı web saytından istifadə və Web Sitesinə daxil olan istifadəçilər üçün əsas qaydaları təşkil edir. Web Sayt, müəyyən məhsul və xidmətlərlə əlaqədar əhəmiyyətli şərhlər və məlumatlar ehtiva etməkdədir. Bu Web Sayta daxil olmaqla, siz İstifadə Şərtlərini və Web Saytda yer alan digər bütün əlavə hökm və şərtləri qəbul etmiş sayılırsınız.

İstifadə Şərtləri

1. Xidmətin Göstərilməsi

Astroloq bir veb servisidir. Siz başa düşür və qəbul edirsiniz ki, bu xidmət "olduğu kimi" təqdim/təklif olunur. Astroloq.com xidmət zamanı baş verə biləcək hər hansı gecikmələrə, qeyri-dəqiqliyə, informasiyanın silinməsi və itməsinə görə heç bir məsuliyyət daşımır. Astroloq.com istədiyi zaman və hər hansı bir səbəb göstərmədən veb servis xidmətini dayandıra bilər.

2. Düzgün İstifadə

Siz qəbul edir və razılaşırsınız ki, xidmətdən göstərilən qaydalar çərçivəsində istifadə edəcəksiniz. Astroloq.com, öz səlahiyyəti çərçivəsində, Gizlilik Siyasətini və İstifadəçi Şərtlərini istədiyi zaman dəyişə və müvafiq dəyişikliklər edə bilər. Siz bu dəyişiklikləri qəbul edir və onlara əməl edəcəyinizə razılıq verirsiniz. Edilən dəyişiklikləri mütəmadi olaraq gözdən keçirmək sizin öhdəliyinizdədir. Hər hansı bir maddənin pozuntusu zamanı Razılaşma Sözləşməsi ləğv olunur və siz qanun qarşısında hüquqi məsuliyyət daşıyırsınız. Biz sizdən Astroloq-dan müvafiq qaydalar çərçivəsində istifadə etməyinizi gözləyirik.

3. Gizlilik

Xidmətin istifadə şərtləri çərçivəsində, siz Astroloq.com-un Gizlilik Siyasəti şərtlərini qəbul edirsiniz. Xatırladaq ki, Gizlilik Siyasəti aradabir dəyişdirilə bilər və siz istifadə zamanı qüvvədə olan qaydalara görə məsuliyyət daşıyırsınız.

4. Xidmətin Məzmunu

Astroloq xidmətin paylaşılmasının dayandırılması haqqına sahibdir. Astroloq bu qaydalara görə öz haqlarını icra edib etməməsinə görə məsuliyyət daşımır.

5. Əqli Mülkiyyət Hüququ

Siz qəbul edirsiniz ki, Astroloq-la bağlı olan bütün haqlara, həmçinin əqli mülk haqlarına ("Astroloq.com Haqqları") sahibdir. Həmçinin, siz razılaşırsınız ki, Astroloq.com-un verdiyi xidmətin hər hansı bir hissəsini köçürməyəcək, çoxaltmayacaq, dəyişdirməyəcək, dəyişdirərək başqa yerlərdə istifadə etməyəcəksiniz. Xəbər saytları məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Astroloq.com, öz səlahiyyətləri çərçivəsində, hər hansı bir Məzmunu qəbul etmə, paylaşma və yayımlama hüququna malikdir.

6. Xidmətin Yenidən Satışı Qadağandır

Astroloq.com-da açıq şəkildə qeyd edildiyi kimi, siz razılaşırsınız ki, saytdakı məlumatı və ya onun hər hansı bir hissəsini çoxaltmayacaq, satmayacaq və hər hansı bir ticari məqsədlə istifadə etməyəcəksiniz. Həmçinin, (a) xidmətin hər hansı bir hissəsini, (b) xidmətin istifadəsini və (c) xidmətə girişi ticari məqsədlər üçün istifadə etməyəcəyinizi qəbul edirsiniz.

7. Təmsil və Zəmanət

Siz bəyan edir və zəmanət verirsiniz ki, (a) sizin tərəfinizdən Astroloq.com-a verilən və Astroloq.com-un xidmətində istifadə olunacaq məlumatlar cari və doğrudur və (b) siz İstifadəçi Razılaşmasını qəbul etmək üçün lazımi hüquq və haqlara sahibsiniz.

8. Razılaşmanın Ümumi Müddəaları

Bu, siz və Astroloq.com arasındakı ümumi razılaşmanı təyin edir və sizin servisdən istifadənizi idarə edir. Həmçinin, siz Astroloq.com-un başqa xidmətlərindən yararlanarkən də bu Razılaşmanın maddələrindən başqa əlavə şərt və qaydalara məruz qala bilərsiniz.

9. Müəlliflik Hüququ

Servisdə Astroloq.com adı altında göstərilən xidmətlər və mənbələr (Astroloq adı və müəlliflik hüququ) Astroloq.com-a məxsusdur. Müəlliflik hüququnun pozulması qəbul olunmazdır. Əks təqdirdə, pozuntuya səbəb olan şəxs qanun qarşısında məsuliyyət daşıyacaqdır.

10. Təminatdan Azadetmə

Siz qəbul edir və razılaşırsınız ki; a. Sizə Astroloq.com onlayn astroloq xidməti "olduğu kimi" təqdim olunur; b. Astroloq.com təminat vermir ki, göstərilən xidmət sizin tələblərinizə tam cavab verəcək və xidmət dəqiq, operativ və qüsursuz olacaq; c. Astroloq.com onlayn astroloq xidmətindən istifadə zamanı dəyən zərərə görə Astroloq.com heç bir məsuliyyət daşımır. Siz dəyən zərərə görə şəxsən özünüz cavabdehsiniz; d. Astroloq.com sizə xidmətdən istifadəyə görə birbaşa və ya bilavasitə dəyən (və ya dəyə biləcək) hər hansı zərərə görə məsuliyyət daşımır.


11. Kompensasiya

Web Saytda istifadənizin bir şərti olaraq Astroloq.comu və üçüncü şəxs məzmun sağlayıcılarını, Web Saytda səhv istifadədən qaynaqlanan ya da bu Istıfadə Şərtlərini pozmanızdan doğulacaq bütün təzminat tələbi, zərər, məsuliyyət, xərclər və xərclərin (vəkillik xərcləri də daxil və bununla məhdud olmamaq şərti ilə) azad tutmağı qəbul etməkdəsiniz.


Məxfilik Siyasəti

Vebsayt Ziyarətçiləri

Əksər saytlar kimi, astroloq veb-səyyahlar və serverlər tərəfindən aşkarlana biləcək şəxsi-təyin etməyən məlumatları eləcə də; (a) İnternet Protokol ünvanınızı (IP), (b) sayta daxil olmadan öncə ziyarət etdiyiniz son səhifənin keçidini, (c) səyyahınızı və əməliyyat sisteminizi toplayır. Astroloq.com-un şəxsi-təyin etməyən məlumatları toplamaqda məqsədi Astroloq.com ziyarətçilərinin saytı necə istifadə etdiyi haqqında daha yaxşı məlumat əldə etməkdir. Aradabir Astroloq.com, şəxsi-təyin etməyən məlumatları istifadə edərək sayt istifadə meyllərini göstərən məruzələr yayımlaya bilər. Ancaq Astroloq.com bu məlumatları istifadəçilərini müəyyənləşdirmək üçün istifadə etmir və aşağıda göstərilən hallar xaricində bu məlumatları açıqlamır.

Məlumat Toplanması və Qorunması

Astroloq.com istifadəçilərin məqsədini nəzərə alaraq yalnız lazımı və müvafiq statistiki məlumatları toplayır. Astroloq.com aşağıdakı hallar xaricində şəxsi-təyin edən məlumatları açıqlamır. İstifadəçilər bəzi əksikliklərin yarana biləcəyini nəzərə alaraq bu məlumatları təmin etməkdən imtina edə bilərlər. Astroloq.com potensial olaraq şəxsi təyin edən və şəxsi təyin edən məlumatları ancaq öz işçiləriylə, podratçılarıyla və əlaqəli təşkilatlarla (i) məlumatların sadəcə Astroloq.com üçün xidmət vermək, (ii) digərləri ilə paylaşmamaq şərtlərini qəbul etdikləri halda paylaşa bilər. Astroloq.com potensial olaraq şəxsi təyin edən və şəxsi təyin edən məlumatları heç kimə kiralamayacaq və satmayacaq. Astroloq.com, potensial olaraq şəxsi təyin edən və şəxsi təyin edən məlumatları sadəcə qanun bunu tələb etdikdə və ya məlumatların açıqlanmasının Astroloq.com-in, üçüncü tərəflərin və ya ictimaiyyətin mülkünün və ya haqlarının qorunması üçün lazım olduğuna həqiqətən inandığında açıqlaya bilər. Əgər siz Astroloq.com veb səhifəsinin qeydiyyatlı üzvüsünüzsə və e-poçt ünvanınızı bizimlə paylaşmısınızsa (abunəliklə və s.), Astroloq.com bəzən sizi yeniliklərdən xəbərdar etmək, əks-rabitənizi dəyərləndirmək, və ya Astroloq.com-də nələr baş verdiyini və məhsullarımız haqqında bildirmək üçün sizə e-poçt göndərə bilər. Astroloq.com bizə göndəriyiniz təklifləri dəyərləndirmək, aydınlaşdırmaq, cavab vermək və ya digər istifadəçilərə kömək etmək üçün yayımlamaq haqqına sahibdir. Astroloq.com potensial olaraq şəxsi təyin edən və şəxsi təyin edən məlumatların icazəsiz əldə olunmasını, istifadəsini və dəyişdirilməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri alır. Astroloq.com saytın ziyarətçilərinin hərəkətlərini öyrənmək üçün statistika tuta bilər.

Abunələr

Əgər siz Günlük fallara abunə olmaq istəsəniz yalnız e-poçt ünvanınız tələb olunacaqdır. Əgər siz bizdən Günlük Falınızı e-poçt olaraq alır və bunu dayandırmaq istəyirsəniz, aldığınız e-poçt məzmunun altındakı “abunəliyin ləğvi” keçidindən istifadə edə bilərsiniz.

Üçüncü Tərəf Reklamçıları

astroloq.com üçüncü tərəf reklam şirkətlərinin reklamlarından istifadə edərək sayta reklam yerləşdirə bilər. Bu şirkətlər bu və digər saytlara ziyarətinizdən əldə olunan məlumatları (adınız, e-poçt ünvanınız və telefon nömrəniz bura daxil deyil) dəyərləndirərək sizin istəyinizə uyğun olan malları və xidmətləri reklam edir. Bu qayda haqqında daha ətraflı məlumat əldə etmək və bu məlmatların hansılarının bu şirkətlər tərəfindən istifadəsinin qarşısını almaq üçün lütfən bura tıqqıldadın www.networkadvertising.org/optout_nonppii.asp. Bundan başqa əgər reklam şirkətinin də məxfilik siyasətini oxumaq istəyirsinizsə lütfən www.google.com səhifəsini ziyarət edin.

Kökələr

Astroloq kökələrdən minimal şəkildə istifadə edir və gələcəkdə də geniş istifadəsini məqbul hesab etmir. Kökə, vebsaytın kompüterinizdə saxladığı və ziyarətçinin səyyahının hər səfərində veb səhifəni istifadə edərkən təmin etdiyi məlumat sətridir.

Məxfilik Siyasəti Dəyişiklikləri


Baxmayaraq ki əksər dəyişikliklər çox kiçik olur, Astroloq.com vaxtaşırı Məxfilik Siyasətinə dəyişikliklər edə bilər və bu tamamilə Astroloq.com-un səlahiyyətindədir. Astroloq.com, mümkün dəyişikliklərdən xəbərdar olmaq üçün istifadəçilərə bu səhifəni tez-tez ziyarət etməyi məsləhət görür. Məxfilik Siyasətindəki dəyişikliklərə rəğmən bu saytı istifadə etməyiniz, sizin bu dəyişiklikləri qəbul etdiyiniz mənasına gəlir.

Əlaqə Məlumatı

Əlaqə məlumatlarımız Haqqımızda səhifəsində mövcuddur.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!