Zər falına xoş gəlmisiniz!

Qədim zamanlardan bəri insanlar zər falına baxmaqdadırlar. Zərin nə vaxt və harada ortaya çıxdığına dair əlimizdə qəti bir məlumat olmasa da, o və ona bənzər oyun vasitələri insanlığın ən qədim oyunlarından biridir. Sofokl zərin əfsanəvi Yunan qəhrəmanı Palamed tərəfindən Troyanın mühasirəsi zamanı kəşfedildiyini yazar. Lakin Herodot onun Lidiya Kralı Attys zamanında Lidyalılar tərəfindən icad olunduğunu iddia etməkdədir. Hər iki iddia arxeoloqlar fərqli cəmiyyətlərə aid daha köhnə zər qalıqları tapdıqları üçün yalanlanmışdır. Zər oyun üçün istifadə edilməzdən çox çox əvvəl gələcəyə dair bir sıra kəhanətlər üçün istifadə edilərdi. Hamımızın bildiyi astraqalların hələ bu məqsəd üçün istifadə edildiyi yerlər bilinməkdədir. Astraqallar zərin qabaqcılı sayılır. (Qoyun, inək və digər heyvanların ayaq sümüyündəki aşıqlar.) Son Yunan və Roma dövründə bir çox zərlər fildişi və ya sümükdən düzəldilirdi. Zər düzəltmək üçün həm də düyü, agat, kristal, oniks, alebastr, mərmər, kəhrəba, farfor və digər vəsaitlər də istifadə edilmişdir. Kub şəkilli olan və günümüzdəki zərlərə bənzəyən zərlər e. ə. 2000-ci ilə aid Misir türbələrində və Çində e. ə. 600cü ilə aid mədəni təbəqədə ortaya çıxarılmışdır. Zərə aid ən qədim yazılı qeyd Qədim Sanskrit dastanı Mahabharatadadır və 2000 il əvvələ aiddir.


Zər Falı 1Zər Falı 2

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!