Çin Astrologiyasının əsas ünsürləri

Çin Astrologiyasının əsas ünsürləri


Çin astrologiyasının əsas elementləri 5 olub, atəş, torpaq, su, metal və ağacdır. Bunları quruluşçu ola bildikləri kimi dağıdıcı da ola bilərlər. Qərb astrologiyasından fərqli olaraq Çin astrologiyasında hava element hesab olunmur. Əlavə olaraq isə Metal və Ağac əsas elementlərə daxildir. Hər elementin ayrıca tarazlanması üçün Müsbət və Mənfi istiqamətləri vardır. Su içki olaraq həyat verici müsbət xüsusiyyətə sahibkən, sel və tayfun olaraq mənfi xüsusiyyətə də malikdir. Bütün elementlərə bu şəkildə xüsusiyyətlər verilmişdir. Bu beşli element quruluşu Taoizmdən qaynaqlanmaqdadır. Böyük ehtimal ikinci əsrdə din halını alan Taoizm, qədim Çində görülən cadugərlik, ölümsüzlük axtarışı və digər fövqəltəbii inanclardan qaynaqlanmışdır. Taoistlər, filosof Lao Zini böyük müəllim, onun yazdığı Dao Da Jingi də (Nümunəvi yol və onun gücü) müqəddəs kitabları qəbul etməkdədirlər. Dao Da Jingdə təyin olunan fəlsəfi "Dao" anlayışını sirrli bir hala gətirərək, insanın, öz özünü tərbiyə edərək "Dao" ilə qaynaşa biləcəyini və ölümsüzlüyə çata biləcəyini iddia etməkdədirlər.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!