Ağac (木 - mu)


Böyümə dövrünü göstərir. Bu dövrdə həyat və yaşıllıq boldur. Ağac torpağın dağıdıcı elementi, atəşinsə yaradıcı elementidir. Ağac insanları yaxşı qərar vermə qabiliyyəti, idealizm, düşüncə, şəfqət və dəyişmə yaratma gücüylə təchiz edilmişlər. Siz çox vaxt cəsur hərəkətlər edir və yeni proyektlər başladırsınız. Siz aktiv, hədəfə yönəlmiş və məcburedicisiniz. Ortaq ağac xarakter xüsusiyyətləri nəzakətlilik, gərginlik, özünü və digərlərini tənqid etmək, xəyalları yıxmaq, peşmanlıq və sizə mane olanlara duyulan basdırılmış qisas duyğusudur. Ağac Elementi olaraq doğulanlar comərddir. Onlar qətiliklə öz etik davranış duyğularına uyğun davranırlar. Onlar kəşf etməyi sevərlər. Təsir etmə qabiliyyətləri həddindən artıq güclüdür. Ağac insanları ümumiyyətlə etdikləri nə olursa olsun sənətkarlıqla edərlər. Onlar çalışqandırlar və işlərini sonuna qədər apararlar. Onlar çox məşğuldurlar və möhkəm iş tempinin sizin üçün yaxşı olduğuna inanarlar. Özlərindən çox əmindirlər. Onlar əldə etdiklərinə təşəkkür edər və çatıla bilməz hədəflər üçün aludə olmazlar. Onların maraqları çox müxtəlifdir. Ağac insanları sadiq yoldaş olarlar. Onlar eqoist davranışa nə dözər, nə də özləri belə davranarlar. Komanda halında işi sevərlər. Digərlərinə qarşı çox mərhəmətlidirlər. Ağac mirasyedi olma meylindədir. Onlar bir çox işi eyni anda ələ alar və bəzən böhrana düşmüş kimi hiss edə bilərlər. Üzərlərində işləmələri lazım olan tək şey, öz sərhədlərini öyrənmək olmalıdır. Onlar başqalarına həddindən artıq asılı hala gələ bilər. Ağac passiv və utancaq olma meylindədir. İzdihamda özlərini asanca itirə bilərlər. Güclü küləklər hakim olan sahələrdən qaçınmaları lazımdır. Ağac elementi Şərqdir və bahar mövsümü ilə əlaqəlidir. Uyğun olaraq rəngi yaşıldır, qaraciyər və öd kisəsi ilə əlaqəlidir.
ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!