Su (水 - shui)


Geriyə dönüş periodunu göstərir. Bu periodda saktlik və nizam əhəmiyyətlidir. Ayrıca su atəşin dağıdıcı elementi və ağacın yaradıcı elementidir. Su Elementi olaraq doğulanlar sevimli və həssas, həm də mərhəmətli ola bilər. Onlar çox elastikdir və belə demək olarsa "axıntıya qapılıb gedərlər". Ümumiyyətlə ağıllı və yaradıcıdırlar. Çox böyük fantaziyaları vardır və bunu istifadə etməkdən qorxmazlar! Onlar mükəmməl filosof və mütəfəkkirlər olurlar. Ümumiyyətlə sərbəstdirlər və bir neçə peşə sahibidirlər. Suyun insanlarla yaxşı əlaqə yaratma bacarıqları vardır və hiyləgərcə çox təsirli ola bilərlər. Onlarda ünsiyyət və diplomatiya qabiliyyətləri vardır. Onlar hissidir və başqalarını aradan qaldırmaq üçün zəif nöqtələri tapa bilirlər. Onların təşkil etmək qabiliyyətləri vardır və bu təşkilatı ən yaxşı şəkildə işlədə bilərlər. Su Elementinin başqalarının xüsusi qabiliyyətlərini fərq etmək və onların bu qabiliyyətlərinə görə özlərini yaxşı hiss etmələrini təşkil etmək kimi təbii qabiliyyəti vardır. Su eyni zamanda gizli və hiyləgər ola bilər. Onlar başqalarıyla sirlərini paylaşmağı sevməzlər. Manipulyasiya mövzusunda böyük bacarıqlara sahibdirlər. Su ən asan yolu tapma meylindədir. Onlar bəzən çox passiv və başqalarının kaprizlərinə qarşı çox itaətkar ola bilər. Onların öz ayaqları üzərində dayanmağı və öz yollarını izləməyi öyrənmələri lazımdır. Onlar bol sulu yerlərdən qaçınmalıdırlar. Su Elementi Şimalla və qış mövsümüylə əlaqəlidir. Suyun rəngi qaradır və ağciyər, skelet və həzm sistemi ilə əlaqəlidir.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!