Möhkəm yaradılışlı, cəsur, müstəqil və girişkəndir. Ağrıma duyğusu çox yoxdur. İşini şansa buraxmağı sevməz. Ayaqlarını yerə möhkəm basmaq istər. Hərəkətlidir. Gümrah, qüvvətli və gözəldir. Onda kövrəklikdən əsər-əlamət yoxdur. Hərəkətləri əzəmətli və vüqarlıdır. Ciddi görkəmi ilə adamlarda hörmət oyadır.Sapsağlamdır.Bu çox vacibdir, çünki Palıd zəifliyə və xəstəliklərə dözmür, qan görəndə özündən gedə bilər. Çox cürətlidir, lakin cəsarəti mənəvi keyfiyyətlərindən çox hədsiz məğrurluğundan doğur. İstəmir ki, onu qorxaq saysınlar. Buna görə də gərgin vəziyyətin qarşısını alarkən lazım gəldiyindən də kəskin hərəkət edir. Təmkinli və iradəlidir, qəbul edilmiş qərardan geri çəkilməyə alışmamışdır və bir qayda olaraq həmişə öz məqsədinə nail olur. Lakin onun tərsliyinin pis cəhətləri də vardır: Palıd çevik olmağı bacarmır və barışmazlığı başına bəla açır. Diplomat olmağı azacıq bacarsaydı çox şeyə nail olardı. Özü çox müstəqildir. Heç bir məhdudiyyətə dözmür və hərəkətləri tez-tez özbaşınalıq dərəcəsinə çatır. Bununla belə başqalarının da rəyinə və müstəqilliyinə hörmət edir. Üzügülər və qonaqcıldır, dostluqda sədaqətlidir, lakin məhəbbətdə həmişə vəfalı olmur. Hərdəmxəyaldır, növbəti sevdaların qurbanı olur, əmindir ki, "nəhayət, bu sevda həmişəlikdir". Nikah bağlansa bir müddətdən sonra Palıd ciddiləşə bilər. Yerində möhkəm durur, elə bil ətraf mühitə qovuşmuşdur. Yaranmış vəziyyətləri davam və inkişaf etdirir. Dəyişikliklərə can atmır və başqalarının hərəkətləri nəticəsində baş verən dəyişiklikləri narazılıqla qarşılayır. Mühafizəkardır. Zaman-zaman təmənnasız hərəkətlər etsə də, öz xeyrini həmişə yadda saxlayır və diqqətini şəxsi problemlər üzərində cəmləşdirir. Özgə həyatı onu maraqlandırmır. Konkret işləri başından aşır. Təfəkkürü aydın və işgüzardır. İş adamıdır, intuisiyadan məhrum deyildir. Vəziyyətdən asılı olmayaraq həmişə "öz mənafeyi keşiyində duran" adamlardandır. Adətən yaxın adamlarının tam firavan yaşayışını təmin edir. Palıd işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: qətiyyət, hərəkətlərində dəqiqlik, işgüzar zəka, realizm, müşahidə qabiliyyəti, təşkilatçılıq bacarığı.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!