Günəşi, isti havaları sevər. Çox nəzakətli biridir. Aqressiya və şiddətdən qaçınar. Sakit və dözümlüdür. Ədalət duyğusu inkişaf etmişdir. Həssas, qısqanclıqdan uzaq bir təbiəti vardır. Oxumağı və təcrübəli insanlarla həmsöhbət olmağı sevər. Böyük deyildir, nə gözəl, nə də eybəcərdir, lakin məlahəti də vardır. Revmatizm tez-tez onu incidir, buna görə də günəşi çox sevir və gün çıxmayanda əziyyət çəkir. Təmkinli və sakitdir, təcavüzkar deyildir, ona görə ki, həyatını mürəkkəbləşdirmək istəmir. Həyat haqqında öz baxışları olsa da, başqalarının fikrinə səbirlə yanaşmağı bacarır. Başa düşür ki, başqalarının da öz mühakiməsi ola bilər. Heç vaxt özgə işinə qarışmır. Zeytun o dərəcədə nəzakətlidir ki, onu çox asanlıqla laqeydliklə ittiham etmək olar, lakin o, əsla laqeyd deyildir. Əksinə, lazım gəldikdə hər kəs kömək üçün ona müraciət edə bilər. Heç bir şəraitdə üzündən təbəssüm silinmir. Qismən ona görə ki, özünü idarə etməyi bacarır, ilk növbədə isə ona görə ki, əsəb sistemini pozmağı mənasız hesab edir. Özünün təmkin və sakitliyini ətrafında olanlara keçirməyi bacarır. Zeytun xeyirxah və səmimi olsa da, xeyirxahlığından sui istifadə etməmək üçün kifayət qədər ağıllı və düşüncəlidir. Anadangəlmə ədalət hissi ilə fərqlənir. Hər şeyi başa düşür, dərd-sərə şərik olmağı bacarır, qərəzsizliyi onu öz dərd-sərini unutmağa vadar edir. Bunu bilir və özünü buna qabaqcadan hazırlayır. Odur ki, başqalarına təsir bağışlamaq üçün heç bir iş görməsə də, onu sevir və qiymətləndirirlər. Ünsiyyətdə təmkinlidir. Zeytun qısqanc olmamağa çalışır, daxilən əzab çəksə də, sevgilisinin müstəqilliyinə hörmətlə yanaşır. Bəzən çox böyük güzəştlərə gedir, hətta öz məhəbbətindən vaz keçir. Bu isə əsla zəiflik və mütilik deyildir. Zeytun üçün ən başlıcası dinclik və sakitlikdir. Əsl ziyalı olması ilə fərqlənir, düşünüb danışmağa xeyli vaxt sərf edir, mütaliə etməyi, öyrənməyi, dünyagörüşünü genişləndirməyi xoşlayır. Özü qəsdən buna çalışmasa da, həmişə diqqəti cəlb edir və bəzən məşhurlaşır. Ətrafında rahatlıq və səadət yaradan, xoş xatirə qoyub gedən adamlardandır. Zeytun işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: mühakimələrin düzgünlüyü, analitik zəka, deduksiya qabiliyyəti və refleksiya qabiliyyəti.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!