Həyat dolu, təsir edici, eleqant, yoldaş canlısı, nümayişdən uzaq, təvazökar, həddini aşmağı xoşlamayan, kobud şeylərdən nifrət edən biridir. Təbii və sakit bir həyatı seçər. Çox ehtiraslı deyil. Təxəyyülü yüksək və az ehtiraslıdır. Sakit və uyğun mühitlər yaradar. Çevik və aristokrat təbiətlidir, birgə həyatda sadə və mehribandır. Müvəffəqiyyət qazansa da heç vaxt heç kimin xoş münasibətindən sui-istifadə etmir, nəzakətli və təmkinli olmağı bacarır, öz rəğbətini və əhval-ruhiyyəsini başqalarına calamağa çalışmır, heç nə tələb etmir və heç nə arzulamır. Puritanlıq dərəcəsinədək təvazökardır, lakin həmişə zərifdir, nəsihətçi deyildir. Heç vaxt əndazədən çıxmır, həmişə səbrlidir, bircə şeyə - bayağılığa dözmür. Cah-cəlal və zahiri təmtəraq ona yaddır. Tozağacında zərrə qədər ədabazlıq yoxdur. Böyük məmnuniyyətlə kənddə yaşamaq istərdi, lakin hər yerə öyrəşə bilir, təki sakit işləməyə imkan olsun. Zahirən zərif olmasına baxmayaraq Tozağacı əməklə böyüyür, işləməyi, zəhmət çəkməyi xoşlayır. Təvazökar və nəzakətli olduğu üçün sakit məhəbbətə meyl edir. Həssasdır, gur hisslərdən qorxmur. Loyal və sədaqətli olur, evdə səliqə-sahman və səadət yaratmağı bacarır. Bəzən nikah əlaqələrinə bir qədər ehtiyatla girir, lakin nikahda heç vaxt peşman olmur. Tozağacının ən fərqləndirici xüsusiyyəti ziyalılıqdır. Təxəyyülünün və ixtiraçılıq qabiliyyətinin həqiqətən həddi-hüdudu yoxdur. İşi həmişə yaradıcılıqla görür. Yaradıcılıqla düşünmək və öz düşüncəsini həyata keçirmək bacarığı, üstəlik, işləmək qabiliyyəti onun üzünə bütün qapıları açır. Hər cür fəaliyyətlə məşğul ola bilməsinə baxmayaraq ən böyük müvəffəqiyyətləri incəsənət sahəsində qazanır. Adama yovuşan deyil, bu onun yeganə nöqsanıdır. Kübar həyatı sürmək, nüfuzlu adamlarla təmasda olmaq onu maraqlandırmır. Tozağacı çox vaxt xoşbəxt olur. Həyatdan çox az şey tələb edir - sevən qəlb və yaxşı kitabxana bəsdir. Tozağacı işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Yumşaq xasiyyət, sintez, intuisiya, fantaziya.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!