Qeyri adi bir zövqü vardır. Təcrübəli və qədirbiləndir. Gözəl olan hər şeyi sevər. Dik başlı, əhval ruhiyyəsi tez dəyişən, eqoist olmasına baxmayaraq özünə yaxın olanlarla maraqlanan biridir. Çox təvazökar olduğu deyilə bilməz. Ehtiraslıdır. Məmnun edilməsi çətin bir sevgilidir. Çox yoldaşı vardır. Ona güvənə bilərsiniz. Gözəldir. Gözəlliyi əslində soyuq, quru gözəllikdir. Qədim bər - bəzəyi, habelə işığı azaldılmış lampaları, ətir qoxusunu, qədim əşyaları və cah - cəlallı bayramları xoşlayır. Şıltaqçıdır. Ünsiyyətdə və birgə həyatda həmişə mülayəm deyildir. Xüsusiyyətçilik duyğusu güclüdür, buna görə çox vaxt hətta böyük kollektivdə də özünü tənha hiss edir. Təsir altına düşür, öz rəyini nadir haqllarda söyləyir, çox danışan, deyib - gülən deyildir. Olduqca məğrurdur, məqsədlərinə çatmaqda inadcıldır. Məhəbbətdən nadir hallarda razı qalır. Tələbkardır, üzüyola deyildir. Öz məziyyətlərini bildiyi üçün həmişə həyatdan çox şey almaq istəyir və adətən buna müvəffəq olur. Çılğın məhəbbətlə vurulduğu hallar da baş verir və onda bütün həyati tarmar olur. Məhəbbəti hədsiz - hüdudsuz ola bilər. Son dərəcə zəkalıdır, analitik qabiliyyətə malikdir, elmə həvəslidir, lakin həmişə müvəffəqiyyət qazanmır. Bəzən həvəsinə və ixtisasına dəxli olmayan sahədə işləyir. İşə ciddi yanaşır, vicdanlı və dəqiq işlədiyinə görə müəyyən zirvələrə çatır.Yol ayrıcında qaldıqda adətən yolun ən çətinini seçir. Özünü və başqalarını çətin vəziyyətlərə salmaq onun adətidir. Alicənabdır, nə olursa olsun ona tamamilə bel bağlamaq mümkündür. Heç bir şəraitdə qərarindan getmir, ümidini və inamını itirmir. Ağ şam xırdaçı deyildir. Yaxşını yamandan seçir, böyük ləzzəti xırda ləzzətlərdən üstün tutur. Ağ şam işarəsi altında dünyaya gələnlərin xüsusiyyətləri: İntellektual zəka, təhlilə meyl, məntiq, asketizm.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!