Güclü, fiziki olaraq əzələli, hər mühitə uyğunlaşa bilən, həyatla çox məşğul olmayan, məmnun, optimist, pula maraqlıdır. Təklikdən nifrət edər. Asan asan təmin edilə bilməyəcək qədər ehtiraslıdır. Amma sadiqdir. əhval ruhiyyəsi tez dəyişər. Qaydalara boyun əyməz. Bir az da çoxbilmiş və laqeyddir. Boylu - buxunlu və möhkəmdir, cüssəsi mütənasib və əzəmətli, cizgiləri sadə və dümdüzdür. Zəriflikdən məhrum deyildir, lakin sivilizasiyadan korlanmamış adamlara xas olan keyfiyyətləri də vardır. Aza qanedir, vəziyyətə uyğunlaşır. Hər cür şəraitdə yaşamağı və xoşbəxt olmağı bacarır. Yetkinliyə və müstəqilliyə tez çatır. Həyatda uğurlara əhəmiyyət vermir, şöhrət və pul dalınca qaçmır. Yeganə arzusu xoşbəxt olmaqdır. Qarşısına problemlər qoya bilən nə varsa hamısından qaçır. Yay gəzintisini, heyvanları və ovu xoşlayır. Onu qayıqda əlində tilov fikrə getmiş görə bilərsiniz. Buna baxmayaraq tənhalığı xoşlamır. Həyatını elə qurmağa çalışır ki, həmişə böyük ailə içində vəya (gənclikdən) dost - tanış arasında olsun. Ürəyiyuxa deyildir. Çox vaxt bir qədər kobud olur lakin mehribanlığı da var; sərt, eyni zamanda sakitdir. Məclisdə xoşagələndir. Yan - yörəsinə sakitləşdirici təsir göstərir. Sərv xəyala dalmağı sevir, həyatını təşkil etməkdən daha çox, həyatın axarına düşüb gedir. Xəyalpərvərdir, fikri həmişə başqa yerlərdə dolaşır. Mövzudan asılı olmayaraq kəskin mübahisələrə qoşulmur. Xasiyyəti elastikdir. Vəfada tayı - bəradəri yoxdur. Məhəbbətinə, dostluğuna, xatirələrinə sadiqdir. Ürəyinə yatan adam cəsarətlə ona üz tutub kömək istəyə bilər. Ziyalılığı mücərrəd xarakter daşıyır. Sevimli məşğələsi istənilən mövzuda mühakimə yeritməkdir. Mühakimələri düşünülmüş və mənalıdır. Sevdiyi adamlar arasında həyatı çox vaxt sakit və rəvan gedir.Sərv işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: hissin daimiliyi, loyallıq, reflektivlik, ziyalılıq, analitik zəka, məntiq.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!