Həyatın ona gətirdiklərini qəbul edər. Döyüş və mübahisələrdən nifrət edər. Çalışqandır, tənbəlliyi və eqoizmi heç sevməz. Stresslidir. Yumşaq xasiyyətli və mərhəmətlidir. Yoldaşları üçün çəkinmədən fədakarlıq edər. Bacarıqlı olmasına baxmayaraq bunları qiymətləndirməyi bacarmaz. Qətiyyətsizdir. Qısqanc lakin vəfalıdır. Son dərəcə cazibəlidir və cazibəsindən istifadə etməyi bacarır. Hər kəsin başını gicəlləndirə bilir. Sabit, təminatlı, tamamilə rahat həyat arzusundadır və çox zaman başa düşmür ki, onun üçün bunların böyük əhəmmiyyəti yoxdur. Hər cür şəraitə asanlıqla uyğunlaşır. Bir çadır kifayətdir ki, Cökə orada rahat ev şəraiti yaratsın. Zahirən sakitdir, hətta bir qədər iradəsiz, qaradinməz, ürkəkdir, eyni zamanda dinc və bədbindir. Çox vaxt Cökə bütün ömrü boyu darıxır, sıxıntı keçirir. Darıxmaq, sıxıntı onun əsas düşmənidir. Səbatsız olur, tərifə xüsusilə uyandır. Ziddiyyətlərlə doludur, çox çətin anlaşılır. Bir şey şəksizdir: Cökə çox məlahətlidir. Onunla ünsiyyətdə olmaq xoş və asandır, psixi rahatlıq duyursan. Cökə müsahibini səbrlə dinləyir, yaxın adamlarına hörmətlə yanaşır, onlara buyruq verməyə çalışmır. Cökə hətta ona bir o qədər bel bağlamaq mümkün olmadığı hallarda belə çox sevilir. İşgüzar zəkası vardır. Texnikaya meyl edir. Zirəkdir, dəqiqdir. Həyat yolunda ürəyinə yatan adama rast gəlib sevilsə müvazinəti qayıda bilər, ziddiyyətlərdən xilas olar. Heysiyyəti güclüdür. Çox vaxt səbəbsiz də qısqanc olur. Cökə işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Müşahidə qabiliyyəti, Realizm, Təşkilatçılıq bacarığı.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!