Çox güclü, müstəqil, mübahisələrə və ziddliyyətlərə çox icazə verməyən, ailə həyatına düşkün, yaxşı bir ata və heyvan sevərdir. İctimai bir kəpənək kimidir. Zarafatdan anlar, işsizliyi və tənbəlliyi də sevər. Eqoizmi vardır. Ağıllı və pragmatikdir. Zərif ağacdır, ifadəli cizgiləri vardır. Gözəl deyildir, lakin diqqəti cəlb edir. Əncir bir qədər həssas ağacdır, bəzi naqis cəhətləri vardır, hər yerdə və həmişə özünü yaxşı hiss etmir. Genişliyə və hərarətə böyük ehtiyac duyur. Əlverişli şərait olmayanda soluxur. Çətinliklərə pis dözür. Qəmlənəndə, kədərlənəndə quruyur. Belə şəraitdə onun mühafizə sistemi zəifləyir. Diqqət yetirmək lazımdır ki, tələf olmasın. Ailə hissi güclüdür. Qiymətləndirməsələr və ümidini doğrultmasalar belə, yaxın adamları ilə daim əlaqə saxlamağa çalışır. Özü bir o qədər sabit olmasa da, başqalarından sabitlik umur. Xasiyyəti emosional və həlimdir. Bunun ucbatından, bir də şirnikləndirici amillərə müqavimət göstərdiyindən bəzən mənəvi rahatlıqdan və həyat sevincindən məhrum olur. Səbatlı (çox zaman fikirlərində) olmasa da gündəlik vəzifələrini dəqiq yerinə yetirməyə çalışır. Ona bel bağlamaq mümkündür. Canında tənbəllik olsa da, səylə işləyir. Tez qızışandır, xoş niyyətləri çoxdur, lakin ömrü öz zəif cəhətlərinə qarşı mübarizədə keçir. Əncir - realistdir, həmişə işgüzar və zirəkdir. Öz yaxınları üçün əsl xəzinədir. Yaxşı bar verir. Bağda əkib yaxşı qulluq etsən, peşman olmarsan. Əncir izdivaca layiqdir. Lakin ondan möcüzələr umma, o, romantik sevgililərdən deyildir. Adi hissləri "cürbəcür fantaziyalardan" yüksək qiymətləndirir. Ənciri başa düşən hər hansı eyibsiz ağacınkı onunla yaxşı tutur. Lakin nəzərə alın ki, Əncir çox küsəyəndir! Əncir işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Tez qızışmaq, işgüzar zəka, müşahidə qabiliyyəti, realizm, təşkilatçılıq bacarığı.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!