Çox özünə güvənməyən, yalnız lazım olduğu zaman cəsarətli olan biridir. Arxasının güclü olmasını və möhkəm insanlarla həmsöhbət olmağı sevər. Çox seçicidir. Ümumiyyətlə təkdir. Artistik təbiəti vardır. Kin saxlayandır. Yaxşı bir təşkilatçıdır. Fəlsəfi görünməyi sevər. Amma hər vəziyyətdə güvənilə bilən biridir. Əlaqələrinə də çox əhəmiyyət verər. İlk gəncliyindən qəşəng, boy-buxunlu və gözəldir. İllər ötdükcə öz-özünə problemlər yaradır. Zamanın ötüb keçməsindən çox mütəəssir olur, qocalıqdan tez qorxmağa başlayır və bu vahimə nəticəsində daha da qocalır. Yalnız yan-yörəsinin yaxşı təsiri ona kçmək edə bilər, buna görə də ünsiyyətdə olacağı adamları diqqətlə seçməlidir. Yerini dəyişdikdə də gərək ehtiyatlı olsun: Qovağın inkişafı üçün hər mühit əlverişli deyildir. Qovaq darısqallıqda özünü pis hissedir, lakin əlahiddə yaşamağı xoşlamır. Yoldaş istəyəndir, lakin özü seçmədiyi adamlar arasında əzab çəkir. Azadlığı məhdudlaşdırıldıqda çox mütəəssir olur və asanlıqla bədbinliyə qapılır. Bunu üzə vurmamağa çalışır, lakin heç kimi uzun müddət aldada bilmir. Kiçicik xoşagəlməz hadisədən mütəəssir olur və hətta xırda cəhətlər də onu hövsələdən çıxara bilir. Ara-sıra kövrəlir, lakin çox vaxt bunu gizlətməyi bacarır və susmaqdan bir növ ləzzət alır. Cəsurluq və məğrurluq ən mürəkkəb vəzifələrin öhdəsindən gəlməkdə ona kömək edir, nadir hallarda üzündə narahatlıq, təşviş əlamətləri görmək mümkündür. Yaxşı bələd olmayanlar çox vaxt onu şən və sakit bir məxluq hesab edirlər. Materialist deyildir, altruizmə meyllidir. Çox mütəşəkkildir gələcəyi unutmur. Ailə həyatında xoşbəxtliyi çətin başa gəlir, çox həssas və həddən artıq müstəqil olur. Ər-arvad toqquşmalarında onun silahı laqeydlik, təbəssüm və zarafatdır. Başqa cür hərəkət edə bilmədikdə, öz nifrətini göstərməyə meyl edir. Əsla qocalmayan anadangəlmə iti zəkası vardır. Gözüaçıqlıq və tənqidi zəka bəzən təkəbbürünə təsir göstərə bilir. Tibb işçiləri arasında qovaqlara çox təsadüf edilir. Qovaq işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Müstəqilliyə daxili tələbat, nevrasteniya xəstəliyinə, xəyalpərəstliyə və sintezə, intuisiyaya və fantaziyaya meyl.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!