Cəld, diribaş və sevimlidir. Hər kəsə sakit və xoşbəxt görünsə belə ən yaxınları onun çox kövrək və romantik olduğunu bilirlər. Uşaqları sevər. Pulgir deyil lakin pul ona xoşbəxtlik gətirər. İşləməkdən qorxmaz. Jasmin doğuşdan bədbindir. Çevik, diribaş və mehribandır, sərbəst və şirin söhbəti ilə cəzb edir, istər-istəməz diqqət mərkəzində olur. Cəmiyyətdə sərbəst şərait yaradılmasını adətən ondan gözləyirlər. Hamıya təmkinli, şən və şux görünür, təsəvvür oyanır ki, həyatda heç bər problemi yoxdur. Yalnız ən yaxın adamlar bilirlər ki, o əslində tez mütəəssir olan və ruhdan düşəndir. Buna görə də Jasmin nə qədər gizlətməyə çalışsa da, anadangəlmə bədbindir. O, diplomatiyanın və başqaları ilə ahəngdar münasibət yaratmaq bacarığının əhəmiyyətini hamıdan yaxşı başa düşür. Təssüf ki, bu məziyyətlər onun öz evində daha az təzahür edir. Evdə o, müstəqilliyə can atır. Özünü əl-qolu bağlanmış hiss etməyi xoşlamır, məhdudiyyəti sevmir, öhdəsinə düşən vəzifələr onu darıxdırır, öz vicdani borcundan irəli gələn vəzifələrə isə həmişə tabe olur. Məsuliyyət hissi ona yad deyildir, lakin bu hiss onda həmişə xoş ovqat yaratmır. Jasmin ilə nigahda yaşamaq asan deyildir. Xüsusən ona görə ki, Jasmin tezliklə sevgilisindən soyuyur və qərəzlkarlığı getdikcə artır. Uşaqları sevir və onların arasında özünü yaxşı hıss edir. Həyatda umacağı çox olmadığına görə məhəbbətini uşaqlara bağlayır. Ən mürəkkəb məsələləri uşaqlara sadə və aydın izah etməyi bacarır, bunu səylə və ağılla edir. Uşaqlar həyatda ona ən böyük sevinc gətirir və ləzzət verirlər. Jasmin materialist deyildir, lakin çox vaxt qazancı yaxşı olur. İşdən qorxmur, rəisləri onun ziyalılığını və iti ağlını yüksək qiymətləndirirlər. Jasmin işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: tənqidi zəka, fantaziya ilə birləşmiş ziyalılıq, intuisiya.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!