Təxəyyül və orijinallıqlarla dolu qeyri adi birisidir. Utancaq, ehtiraslı, qürurlu, özünə etibarlı, yeni təcrübələrə ac biridir. Ümumiyyətlə əsəbi və daxilən gərgindir. Yaddaşı qüvvətlidir. Çox asan öyrənir. Eşq həyatı bir az kompleksdir. Başqalarına təsir etməyi sevər. Səliqəlidir, yaxşı bəslənmişdir, bəzən hətta bir qədər işvəlidir. Tez-tez ən maraqlı yerlərdə olur. Modanı izləyir. Adi şəxsiyyətlərdən deyildir. Çevik və diribaşdır, gümrahdır. Yorulmaq bilmir. Ağcaqayın, necə deyərlər, həmişə yüksək tələblər səviyyəsində durur. Onu fərdiyyətçilər sırasına aid etmək olar. Ağcaqayın təbiətən təmkinli və cəsarətsiz olsa da, maddi amildən daha çox, həyati mənafeyə əsaslanan ən cəsarətli qərarlar qəbul edə bilər. Evdə oturmağı xoşlamır, təzə adamlarla həvəslə tanış olur. Adamları açıq söhbətə çəkməyi bacarır, lakin nəyi isə ona açıb söylədikdə qorxmaq lazım deyil, o heç bir zaman başqalarının hərəkətlərini pisləmir və özgə sirləri haqqında boşboğazlıq etmir. Planları adətən çox olur, bunlar əksərən qeyri-adi, qəribə planlardır. Hər cür yenilikləri xoşlayır, hər cür yeni ideyaları həvəslə müdafiə edir, lakin öz layihələrini nadir hallarda həyata keçirir. Bu öz geniş üfüqlərindən həzz almasına mane olmur. Onda azacıq həyasızlıq da var. İctimai rəyi xoşlamır və ondan qorxmur. Əksinə adının dillərə düşməsindən xoşu gəlir. Məhəbbətdə mürəkkəbdir. Təəccüblü və gözlənilməz yollarla gedir. Bu o demək deyildir ki, eyni təfəkkür və zövq sahibinə rast gəlsə, səadət tapa bilməz. Zəkası aydın və itidir. Problemləri çox olsa da o, nə təxəyyüldən, nə də intuisiyadan məhrum deyildir. Bir sözlə, xarakteri çoxcəhətlidir. Ağcaqayın işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: canlı xarakter, yumor hissi, deduksiya qabiliyyəti, analitik zəka.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!