Sevinc verici, eqoizmdən uzaq, diqqət çəkməyi sevən biridir. Həyata bağlıdır. Yerinə və vəziyyətə görə həm asılı həm müstəqil ola bilər. Zövqlüdür. Romantik, həssas, ehtiraslı və artistik xüsusiyyətləri vardır. Yaxşı bir həyat yoldaşı olar amma çox çətin bağışlayar. Zahiri görkəmi zərif olsa da, son dərəcə mətin təbiəti vardır. Məlahətli və cazibəlidir, yüngül yerişinə görə onu uzaqdan da tanımaq və qiymətləndirmək mümkündür. Üzündən təbəssüm əskik olmur, bu, onun daxilən şux olmasından daha çox, öz-özünə nəzarət etməsindən irəli gəlir. Məziyyətlərini gözə çarpdırmağı bacarır, yaxşı geyinməyi xoşlayır. Yaxşı zövqü vardır. Vəziyyətin dəyişilməsinə tez alışır. Özünə ziyan dəysə belə, yaxın adamlarını sevindirməyi xoşlayır. Xudpəsənd deyildir, lakin mənəm-mənəmliyi var. Müstəqildir, bəzən asılı vəziyyətə salınmasına da imkan verir. Lakin müstəqil yaşamağa çalışır. Güclü məsuliyyət hissi onu baş verən bütün hadisələr üçün özünü günahkar bilməyə vadar edir (Günah kompleksi). Onunla təmas çətindir, qarşılıqlı münasibət isə mürəkkəbdir. xasiyyəti sadə deyildir. Xarici təsirlərə həssasdır, gözəlliyi sevir, loyal və üzügülərdir. Ona həmişə bel bağlamaq mümkündür. Bəzən sadəlövh olur və istismar edilməsinə imkan verir. Məhəbbətdə çox səxavətli olduğu kimi, özü də çox səxavət tələb edir. Qarşı tərəfin hissini daim yoxlayır. Onu aldatmaq olmaz. Üvəz heç vaxt xəyanət etməz. Şəxsi həyatı çox zəngindir. Sabahın qayğısını çəkir. Tədbirlidir ki, bu da çox vaxt onunla izdivac bağlamağa həvəs oyadır. Çox ağıllıdır və güclü təsir bağışlayır. Elə hallar olur ki, gündəlik işlərdən başı açılmadığı üçün bəzi planlarını həyata keçirmir. Üvəz işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: həssaslıq, ağıl, fantaziya, sintezə meyl, intuisiya, təxəyyül.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!