Müşfiq, fiziki olaraq düz, geyiminə diqqət yetirən, tələblərində həddindən artıqlığa qaçmayan, insanlara sevinc verə bilən, liderlik etməyi sevən amma özü altda olmağı sevməyən biridir. Dürüst və sadiq bir həyat yoldaşıdır. Başqaları üçün qərar verməyi sevər. Comərddir. Praktiki zəkası güclüdür və yaxşı bir zarafat anlayışı vardır. Gövdəli, boylu-buxunlu, gözəldir. Çox cazibəlidir, bir qədər zəhmi də var. Özünə o qədər də fikir vermir, sadə geyinir, çox vaxt sevimli köhnə sviterindən ayrıla bilmir. Qarağac iddialı deyildir və həyatını mürəkkəbləşdirməyi xoşlamır. Sakit və təmkinlidir. Ən çox gözə çarpan qüsuru ləng tərpənməsidir. Nəsihətçilik ən dözülməz xasiyyətidir. Düz və açıq danışandır, səxavəti ilə ələ alır. İnsanların xeyirxahlığına inanır. HƏmişə nəcib işləri müdafiə edir və inanır ki, gec-tez ad-san qazanacaqdır. Uğursuzluqdan o, başqalarına nisbətən daha çox mütəəssir olur. Yaxın adamları üçün çox iş görməyi bacarır, məsuliyyət hissi güclüdür. Məhəbbətdə ehtiraslıdır, hətta çılğın da ola bilir. İzdivacı uğurlu olsa, evində məhəbbətin brilyant toydan sonra da yaşaması üçün şərait yaratmağı bacarar. Böyüklük etməyi sevir, tabe olmağı o qədər də xoşlamır. Başqalarına təsir göstərir və çox zaman öz nüfuzundan istifadə edir. Adamları idarə etməkdə mahirdir. Məhəbbəti kimi tələbləri də böyükdür. Onunla rəftarda səbirli ol, buna layiqdir. Çox vəfalı olmağı yaxşı bacarır. Sağlam düşüncəsi və bacarıqlı əlləri vardır. Canlı, konkret, işgüzar zəkası ilə fərqlənir. Yumor hissi vardır və məyusluq anlarında bu hiss tez - tez onun dadına çatır. Həyatı heç bir sarsıntıya məruz qalmayacaq, xoş keçəcək, yəni arzu etdiyi kimi olacaqdır. Qarağac işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: müşahidə qabiliyyəti, təşkilatçiliq bacarığı, realizm.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!