Gözəl və çox melanxolikdir. Təsir edicidir. Gözəl və zövqlü şeylərə maraqlıdır. Səyahət etməyi sevər. Xəyalpərəstdir. Kaprizli amma dürüstdür. Başqalarının duyğularına əhəmiyyət verər. Tez təsir altında qalar amma onunla birlikdə yaşamaq çətindir. Tələbkardır. Hissləri də qüvvətlidir. Aşiqkən əzab çəkər amma lövbər sala biləcəyi birini tapa bilər. Söyüd mahnılarda vəsf edilən qəmgin gözəlliyi sayəsində olduqca cazibəli və bənzərsizdir. Gözəlliyi və lətafəti hətta zahiri görkəmində olsa belə (xüsusəın söyüd qadın olduqda) söyüddə nə isə bir əsrarəngizlik duyursan. Söyüd aydın olmayan fikirlərlə, dərk edilməmiş arzularla doludur və bu arzuları bəzən o özü də müəyyən edə bilmir. Çox həssasdır, günəşin hərarətini, su kənarında olmağı xoşlayır. Bütün ətirləri və tamları duyur. Ani sevinclərdən istifadə etməyi hamıdan yaxşı bacarır və bunların heç birindən vaz keçmir. Söyüdün zahiri həlimliyinə inanmaq lazım deyildir. Zahirən həlim olsa da, işgüzar və qətiyyətlidir. Nə istədiyini yaxşı bilir. Heç vaxt heç kimə heç nəyi zorla qəbul etdirmir, çünki başqalarına hörmət hissi güclüdür və ağalıq etmək arzusu yoxdur. Təbiətində şairlik vardır. Yaxınlaşan payız və tez ötüb keçən həyat haqqında onun qəm gətirən nəsihətlərini o qədər də ciddi qəbul etmək və bədbinlik əlaməti saymaq lazım deyildir. Söyüd ilə qarşılıqlı münasibət çətin olur, çünki o, tez uyğunlaşmaq qabiliyyətinə malik deyildir və güzəştə getməyi xoşlamır. Özünü müdafiəsiz və köməksiz göstərməsi çox zaman taktikadan başqa bir şey deyildir. Əylənmək, bəzən isə şəxsi fayda götürmək üçün özünü zəif bir məxluq yerinə qoymaqda mahirdir. Ümumiyyətlə isə həyatda özünü müdafiə etməyi gözəl bacarır. Məhəbbətində hissiyyatdan çox romantika vardır. Hisslərdən ləzzət almağı xoşlayır və bunlara poetik bir çalar verir. Söyüd adi, sönük hissləri xoşlamır. Artistlik qabiliyyətinə, intuisiyaya və zəngin təxəyyülə malikdir. Bəzən yaxşı psixoloq olur, fəhminin gücünə başqalarının fikir və arzularını duya bilir. Əgər məhəbbət əzablarına hədsiz uymasaydı, həyatı tamam sakit keçə bilərdi. Lakin Söyüdün şikayətlərini ciddi qarşılamaq lazım deyildir: O, əzab-əziyyəti olmayan hissləri sevmir. Söyüd işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: İntuisiya, Zəngin təxəyyül.