Fərqli bir cazibədarlığa sahib, həyat dolu, tələbkar, düşüncəsizcə hərəkət edən və tənqidlərə qulaq asmayan biridir. Ehtiraslı, ağıllı, qabiliyyətli, qədərinə hökm etməyi sevən, eqoist olmağa meyillidir. Amma ona güvənə bilərsiniz. Bəzən beyni ürəyinə hökm edə bilər. Əlaqələri çox ciddi qəbul edər və sadiqdir. Gözəl, əzəmətli ağacdır. Xoşagəlimlidir. Boy-buxunlu, zərifdir. Hərəkətləri sərbəst və rəvandır. Özünü bəyənəndir. Lakin onunla daimi yaşamaq asan deyildir. Diribaş və çox tələbkardır. Çalışır ki, qeydinə qalsınlar, xoşuna necə gəlirsə, o cür düşünsünlər, o cür yaşasınlar, yalnız onun istədiyini etsinlər. Müstəqil və sərbəst həyata can atır - buna hamı dözmür. Həyatın çətinliklərinə laqeyd yanaşır; bu məsuliyyətsizlik və iradəsizlik təsiri bağışlayır. Ancaq zahirən belədir. Göyrüş yaxşı bilir ki, nə istəyir və nə istəmir. Öz müvəffəqiyyətini və salamatlığını hər şeydən üstün tutur. Səadətə çatmaq istəyində o dərəcədə xudpəsənddir ki, yolu üstündə bütün maneələri ayaq altına atıb tapdalaya bilər. Xudpəsənddir, lakin xəsis deyildir. Səxavətlidir, hər şeyi bölməyə hazırdır. Bu şıltaqçı məxluq məhəbbətdə tamam başqa xüsusiyyətlər büruzə verir; ehtiyatlı, möhkəm tədbirli olur. Əslinə baxsan Göyrüşün müvəffəqiyyətləri bu sahədə daha çoxdur və o yaxşı seçməyi, bütün mənfi və müsbətləri götür-qoy etməyi bacarır.Onun nikahı həm məhəbbətə, həm də düşüncəyə əsaslanır. Nadir hallarda səhv edir və ailə həyatını qurmaq üçün çox səy göstərir. Tez-tez bu ona müyəssər olur. Göyrüşün zəkası ilk növbədə intuisiyaya əsaslanır. Bənzərsizdir, fantaziyası zəngindir. Quşarmudu, Söyüd və Qoz kimi Göyrüşdə də qeyri-adi fəhm vardır. Bəzən peyğəmbər-peyğəmbər oyunu ilə əylənməyi xoşlayır və gələcəkdən verdiyi xəbərlər düz çıxdıqda zəka və fəhminin şöhrəti daha da artır. Göyrüş həmişə tale ilə də oyun oynayır. Lakin bu ağac etibarlıdır, onun kölgəsində daldalanmaqdan qorxmayın. Göyrüş işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Ziyalılıq, sintezə can atmaq, intuisiya, fantaziya.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!