Xarici görünüşünə və baxımlı olmağa diqqət yetirər. Zövq sahibidir. Başqalarını özündən çox düsünər. Həyatı mümkün olduğunca asan bir hala gətirməyə çalışar. İntizamlı bir həyat üçün bələdçilik edər. Əlaqələrində nəzakətlidir. Fərqli sevgililər tapmaq istər. Duyğularıyla əlaqədar olaraq xoşbəxt olması asan olmaz. Çox zaman başqalarına güvənməz. Qərarlarından da əsla əmin olmaz. Gözəl ağacdır, lakin o qədər də məlahətli deyildir. Cavanlıqda əsasən çox gözəl olur, lakin zaman keçdikcə gözəlliyini itirir. Vələs ətraf aləmə etinasız yanaşır. O, gözəllik aludəsidir. Diqqətini məzmundan çox, forma cəlb edir. Şəxsi həyatda onu hər şeydən əvvəl öz üstünlüyü maraqlandırır. İntizama və itaətə meyli güclüdür. Fərqlənməyi sevir, mükafatlar və şan-şöhrət arzusundadır, istəyir ki, başqaları ona baxıb məftun olsunlar. Qayda-qanuna tabe olmaq hər şeydən çox xoşuna gəlir, buna görə də nadir hallarda təşəbbüs göstərir. Qərarlar qəbul etdikdə vahimə içində olur, səhv buraxmaqdan qorxur. Məsuliyyətli və ədalətlidir. Qoyulmuş ümumi qaydaları pozmağı xoşlamır, tapdanmış, yoxlanmış düz yoldan kənara çarəsizlikdən çıxır. Yeni ideyalara ehtiyatla yanaşır, eyni zamanda "nə fərqi var" prinsipinin əleyhinədir. Məhəbbətdə çox təmizdir. Ona məsul bir iş kimi baxır. Sevimli və xoşagəlimli həyat yoldaşı ola bilər. Lakin iki şeydən birini: ya məhəbbəti, ya da vicdani borcu seçmeli olduqda adətən ikincini seçir. Vələs işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: İntellektuallıq, intuisiya, fantaziya, kamilliyə meyl.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!