Cazibəli, fiziki olaraq diqqət çəkici, təsir edici. Xoş bir auraya sahib. Eşqbaz və macərapərəst amma həssas və hər vaxt aşiq bir tip. Sevməyə və sevilməyə maraqlı. Sadiq və həssas bir yoldaş. Comərd. Elmi mövzulara qabiliyyəti var. Bu gün üçün yaşar. Təxəyyülü yüksəkdir. Nadir hallarda boyu uca olur. Xoşagəlimlidir, göz oxşayır, suyuşirindir, boy-buxunu, qədd-qaməti yaxşıdır, cazibəli və səmimidir. Məhəbbət haqqında düşünmədikdə belə (bu nadir hallarda olur) məhəbbət oyadır. Alma çox zərif, həssas ağacdır. Məhəbbət onu həm nəzəri, həm də şübhəsiz, əməli cəhətdən maraqlandırır. Çox zaman ürəyində böyük məhəbbət olmasa da, ərə gedir. (Alma olduqca şoxcəhətli ağacdır), lakin ürəyində böyük məhəbbət olmaması məhəbbətdən və duyğudan qəti imtina deyildir. Əgər Alma təsadüfən öz ovqatına və zövqünə uyğun olana rast gəlsə, onların ər - arvadlığı əsl səadət olacaqdır: Alma lap qocalanadək məhəbbətdə (həm sərbəst, həm də ər -arvad məhəbbətində) vəfalıdır. Təmənnasızdır, xeyrini güdən deyildir, tez aldanır. Son köynəyini, bir parça çörəyini verməyə hazırdır. Bütün bunlara baxmayaraq Alma sadəlövh deyildir. Sabahı düşünmədən günlərini günlərini keçirir, ara sıra borca düşür və borcu unudur; bu onun üçün təbii haldır. Alma həyatdan zövq alan, heç kəsi nə təəccübləndirmək, nə də inandırmaq arzusunda olmayan zəngin fantaziyalı filosofdur. Lakin onu yelbeyin hesab etməyin. Ziyalı, düşüncəli və məntiqli bir varlıq olan Alma elmə həvəslidir. Maraqlandığı sahəyə aid nə varsa hamısını oxuyur. Biliyi heyrət ediləcək dərəcədə çoxdur, lakin heç kəsi biliyi ilə heyran qoymağa çalışmır, ancaq biliyə həvəsi olduğu üçün hər şeyi oxuyur. Görünür onu ləziz xörəklər nə dərəcədə maraqlandırırsa, elmi nəzəriyyələr də o dərəcədə maraqlandırır. İşıqlı dünyanın ləzzətini axirət dünyasının səfasından üstün tutur. Emosional sahədə rəngarəngliyi xoşlayır. Yeknəsək səadət onu darıxdırır. Bilmək lazımdır ki, bu sadə qız vəya suyuşirin oğlan zaman - zaman öz həyatında nəyi isə mürəkkəbləşdirməyi xoşlayır. Alma işarəsi altında doğulan adamların xüsusiyyətləri: səmimilik, ziyalılıq, dalğınlıq, məntiq, analitik zəka.