Cazibədar, anlayışlı, insanları necə təsir edəcəyini bilən, çox tələbkar olmayan, ictimai həyatda aktiv və girişkən hətta döyüşkən biridir. Məşhurdur. Psixoloji vəziyyəti tez dəyişir. Kaprizli bir aşiqdır. Amma dürüst və həyat yoldaşına dözümlü davranar. Qüsursuz bir mühakimə qabiliyyəti vardır. Çox vaxt zəifdir, yöndəmsizdir. Rəyini başqalarına təlqin etməyə çalışmır. Yaxından tanış olduqda cazibəsinin sehrinə düşməmək, orijinal zəkasını görməmək mümkün deyildir. Fındıq aza qane olur, hər cür həyat şəraitinə uyğunlaşır və hər şeyi başa düşür. Zahiri görkəmi demək olar ecazkar təsir bağışlayır. Xoşa gəlmək istədikdə özünü sevdirə bilir. Xeyirxah, müdrik, səbrli olmağı bacarır. Təhlükəli, kinli, ziyankar da ola bilir. Onda hər şey sehr-ovsundur-bir anlıq ovqatından vəya şıltaqlığından asılı olaraq hər şey ya ağdır, ya qara. Ya xeyirxahdan da xeyirxahdır, ya da bədxahdan da bədxah - Fındıq bax belədir. Buna görə də fındıq işarəsi altında dünyaya gələnləri orta əsrlərdə tez-tez heç də səbəbsiz olmayaraq sehrbazlıqda ittiham edirdilər. Birisinə könül verdikdə onun həyatını yüngülləşdirmək üçün hər şey edəcəkdir. Lakin rəğbətini qazanmasan, ehtiyatlı ol. Təvazökar və təmkinli olmasına baxmayaraq həmişə nəzəri cəlb edir. Son dərəcə orijinaldır, heç kimə bənzəmir, həyata baxışı hamının baxışından fərqlidir, bəzən isə hamının baxışına ziddir. Hətta sevildikdə də, təşviş oyadır. Ən gizli fikirləri oxumağa, gözlənilməz təkliflər irəli sürməyə qabildir, elə hərəkət edir ki, ondan hər şey gözləmək mümkündür. Hərdəmxəyaldır, çox təşəbbüskar ola bilər, hər şeyi atıb axın istiqamətində də üzə bilər. Hətta özünü xeyir güdən bir fərd kimi qələmə verdikdə də bunu başa düşür. Məhəbbətdə ən sevimli vəya ən əzabverici ola bilər. Ovqatı tez-tez dəyişir. Riskə getməkdən qorxmursansa, ona baş qoş. Onunla birgə həyat rahatlıq gətirməsə də, çox cazibədar olacaqdır. Biliyini faydalı və tam tətbiq edib-etməməsi yalnız öz istəyindən asılıdır. Hər təfərli biliyə malikdir, oxuyur və hər şeyi son dərəcə tez və asan qavrayır. Fındıq işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Sintezə meyl, İntuisiya, Fantaziya.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!