Çin Zodiak sistemi dünyanın bilinən ən köhnə astrolojik sistemi olub, illər on iki bərabər qisimə bölünmüş bir çevrə ilə göstərilir. Bu sistem də insanları on iki xarakter tiplərinə bölər. Tək fərq bürclər yerinə fərqli heyvan adlarının istifadə edilməsidir. Hər heyvan həyatımızın fərqli sahələrini və şəxsiyyətimizin fərqli istiqamətlərini əks etdirir. Bu heyvanların bəziləri işimizə, bəziləri ailəmizə, bəziləri isə sağlamlığımıza təsir edir. Bu sistemin əsası Taoizm fəlsəfəsindən alınmışdır.
Bu fəlsəfənin təməl inanışında kainatın iki zidd güc arasındakı sonsuz çəkişmədən meydana gəldiyi inamı vardır. Erkək və dişi qütblərinin simvolizmi ilə izah olunan iki zidd güc Yin və Yanq olaraq adlandırılır. İki əsas gücün nümayəndələri isə Günəş və Ay olaraq ifadə edilmişdir. Geri qalan beş ünsürün də əlavə olunması ilə Çin Astrologiyasının əsas təbiəti asanca qavranılmış olur.
Çin Astrologiyasında sadəcə 12 fərqli heyvan ilə təsvir edilən bir anlayış yoxdur. Bunlarla birlikdə; ağac, atəş, torpaq, metal və su kimi bir birindən fərqli beş element anlayışı da iştirak edir. Beş element təcrübənin planetləri sayılırlar. Günəş və Ay yalnız Yin və Yang simvolu olaraq qəbul edilir və planet sayılmazlar. 12 Çin bürcü beş element tərəfindən idarə olunur. Hər bir element tərəfindən idarə olunan müddətlər ələ alınsa, hər bürc 60 illik ara ilə gəlir və bu səbəblə Çin təqvimi 60 illik perioda əsaslanmaqdadır.
Çinlilər elementləri Yin-Yang qütbləşməsinin əlavələri olaraq sayarlar, beləcə hər element öz içində qurucu və ya dağıdıcı təsirlər meydana gətirməkdədir. Məsələn, metal bir silah olaraq dağıdıcı olarkən, bir qazan halıyla da qurucu olacaqdır. Bənzər şəkildə atəş yanğın olub evi yandırarkən, işıq olaraq gecəmizi işıqlandıracaq. Su, sel olub məhsulları yox edərkən, həyat enerjisi olaraq həyatı təmin edəcək.
Çin Horoskopu on iki bürcə bölünərkən, qurucu və dağıdıcı halıyla on element qoluna ayrılır. Bunların yanında Antik Yin və Yanq anlayışlarının da əlavə olunmasıyla klassik Çin horoskopu ortaya çıxar.
Heyvan şəkillərinə tıqlayaraq daha çox məlumat əldə edə bilərsiniz.