Əjdaha


İllər - 1916, 1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012



Əjdaha insanları özlərindən son dərəcə əmin, etibarlı və girdikləri hər mühitdə diqqət çəkən tiplərdir. Hökm etməyi sevən təbiəti, idarə işlərindən böyük zövq almasına səbəb olur. Təbii bir cazibədarlığa sahib olan Əjdaha bürcü insanları ətrafındakıları da istəkləri kimi istiqamətləndirməkdən də heç çəkinməzlər. Əjdaha insanları kimsəni asanlıqla bağışlamazlar. Qədim zamanlarda Əjdaha böyük güc simvolu idi. Bu səbəblə Əjdaha ilində doğulanların bir çox müsbət xüsusiyyətlər daşıdıqlarına inanardılar. Bu xüsusiyyətlərə gəlincə, ancaq bir imperatorun sahib olacağı şeylər idi. Böyük bir şövq, sərhədsiz coşğu və başqalarına təsir etmə qabiliyyəti. Əjdaha çox güclü olduğu qədər yardımsevər bir məxluqdur. Yaxşı bir dost sayılar amma, asan bir dost deyil. Öz düşüncələrini təlqin edərək, liderliyi altında yol alınmasını gözləyər. Müvəffəqiyyəti də dəyişən olmayıb davamlıdır. Bu insanlar asanlıqla pul qazanarlar və pul xərcləməkdən çəkinməzlər. Qabiliyyət və gücünə nəzarət edərək həyatda müvəffəqiyyət qazanarlar. Əjdaha ilində doğulanlarda tək yaşamaq istəyi görüləcəkdir. Gəncliyində uzun müddətli əlaqə yaratmağa meyllidir. Bunun nəticəsində gənc yaşda evlilik ortaya çıxa bilər. Əgər həyat boyu təkliyi seçsələr, bu iffətli bir təklik olacaq. Əjdaha ilində doğulanların ən az uyğunlaşma təmin edəcəyi insan İt ilində doğulanlardır. At və Qoyun ilində doğulanlar ilə uyğun bir birlik qura bilər. Yenə də, Əjdaha hər kəs ilə birlik qura biləcək gücdə bir insandır.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!