Donuz insanı Çin Zodiakında etibarlılığıyla tanınar. Son dərəcə həssas, romantik, insanlara və insan əlaqələrinə əhəmiyyət verən bir təbiəti vardır. Evliliyə, bağlanmağa və
birarvadlılığa çox uyğundur Donuz insanı. Əsla yalan danışmaz, çünki yalan danışmağı bacara bilməz. Çin təqviminə görə Çöldonuzu (Qaban) ilində doğulan adamı təyin edəcək söz belə
olmalıdır: "Yonulmamış bir almaz parçası". Qadın və ya kişi olsun bunların görünüşü lağbaz bir inadkarlıq maskası daşısa da, bu maskanın altında məzlum və yumşaq ürəkli bir
şəxsiyyət vardır. Bu insanlar dürüst, etibarlı və comərd yoldaş olarlar. Bununla birlikdə bunlar etdikləri incəliyin qarşılığını da gözləyərlər. Əgər qarşılıq görə bilməzlərsə bu
dostluğu dərhal bitirməkdən çəkinməzlər. Bu insanlar yaxşı xasiyyətləri və gülər üzləri ilə diqqət çəkərlər. Peşələrində müvəffəqiyyətli bir karier sahibi olarlar və diplomatiya tələb
edən işlərdə müvəffəqiyyət təmin edərlər. Çöl donuzu ilində doğulanlarin romantik istiliyi dərhal yüksələr. Bəlkə də bu istilik ancaq vedrə vedrə buz ilə soyuya bilər! Qadın və ya kişi
olsun çox yüksək seks meyllərinə sahibdirlər. Məhəbbətin fiziki yanı onlara çox cazibədar gəlir. Normal olaraq bağlı və sadiq aşiqlərdir. Bu insanlar üçün ən mənfi birlik İlan ilində
doğulanlar ilə qurular. Eyni şəkildə öz qrupundan və Meymun ili ilə birlikləri də çətindir. Ən yaxşı əlaqələri Dovşan və Qoyun ilində doğulanlar ilə qura bilərlər.