Kəhanət qədim zamanlardan bu günə qədər bütün sivilizasiyalarda yerini almışdır. Tərif olaraq kəhanət tanrılara sual soruşub bir sıra təbiət hadisələri vasitəsiylə gəldiyi zənn edilən cavabları şərh etmək deməkdir. Suallar bəzən ölülərə, daha çox tanrılara, ruhlara, və digər fövqəltəbii varlıqlara yönəldilir. Cavab şaman, rahib, magus və ya başqa bir vəzifəli tərəfindən deyilsə də üsullar bir-birinə çox bənzər. Şərh olunacaq işarələr çoxdur və hər sivilizasiyada fərqliliklər ifadə etməkdədir. Quşların uçuşu, qoyunun kürək sümüyü, kəsilən qurbanın iç orqanları, altar üzərindəki alov, bir su mənbəyi ya da quyudan içilən su, küləyin yarpaqlardakı səsi, göy gurultusu, tanrı heykəli başının hərəkətləri, məsləhətləşilənin adamın asqırmağı, bir yuxu, təsadüfən eşidilən sözlər hamısı kəhanətdə fərqli zaman və ya sivilizasiyalarda vasitə olaraq istifadə edilir. Əhəmiyyətli bütün problemlərdə qədim dövr insanları böyük məbədlərə məsləhətləşərlər. Delfidəki məbəd hellenik mədəniyyətin ən əhəmiyyətli məbədidir. Burada kahin Pythia vasitəçiliyi ilə günəş tanrısına və ya digər tanrılara sual yönəldilirmiş. Zaman keçdikcə kəhanət köhnə mənasını itirmiş və qismən əyləncə üçün istifadə edilməyə başlamışdır. Bilinən bütün fallar qədimdə kəhanət üçün istifadə edilmişdir. İndiki zamanda hələ də bəzi uğursuzluqlara, fallara inanılır. Elə görünür ki, fallar uzun bir keçmişə sahib insanlığın ayrılmaz və əhəmiyyətini itirməyən ünsürlərindəndir.
Fala Bax - Çiçək Falı
Fala Bax - Bədən Falı
Fala Bax - Domino Falı
Fala Bax - Kart Falı
Fala Bax - Tarot Falı
Zər Falı
Zər falınıza baxmaq üçün niyyət listəsindən sual seçib 'zər at' düyməsinə basmaq yetərlidir.Fala Bax - Zər Falı
-Ardını Oxu...