İstifadə Bələdçisi
Salam əziz dostlar! Bu hissədə saytdan istifadə zamanı yaranacaq problemlərin qısa həll variantları və digər bilgilər verilmişdir. Hər kəs üçün xüsusilə yeni istifadəçilər üçün faydalı olacağı ümidiylə.
- Sayta ilk dəfə girdiyiniz zaman doğum tarixinizi girsəniz o zaman bütün xüsusiyyətləriniz bir anda hesablanacaq. Buna qərb, misir, kelt, hindu, maya və çin astrologiyalarındakı bürcünüz də daxildir. Daha sonra qarşınıza çixacaq linklərdən daha geniş məlumatı oxuya bilərsiniz. Qeyd etməliyik ki, heç bir şəkildə sizə aid datanı sistemimizdə saxlamadığımıza görə saytı hər dəfə ziyaret etdiyinizdə və gəzdiyiniz zaman doğum tarixinizi təkrar girmək məcburiyyətində qala bilərsiniz.
- Saytımızda dünya astrologiyası bölməsində (kelt, misir, hindu, maya və çin astrologiyaları) girmək lazım olan tarix gün/ay/il şəklindədir. Məs: Əgər siz 1 yanvar 1990 ci ildə doğulmusunuzsa onda 01/01/1990 yazaraq "bürcümü tap" düyməsinə basmalısınız.
- Saytımızda bürc uyumları bölməsində öz bürcünüzü və sevgilinizin bürcünü seçərək uyğunluğunuzu yoxlaya bilərsiniz. Məs: Əgər siz Tərəzi sevgiliniz isə Oxatandırsa, O zaman ilk olaraq Tərəzi, ikinci qutudan isə oxatan seçildikdən sonra "göstər" düyməsinə basmalısınız. Qarşınıza çıxan şkala qırmızı (uyğunsuz), yaşıl (orta uyğunluqda) və mavi (uyğun) ola bilər. Şkalanın yanındakı şərh isə nə edə biləcəyiniz haqqında ipucudur.
- Doğum xəritəsində en və uzunluq dairələrini, saat zonasını bilmirsinizsə problem yoxdur. Əvvəlcə doğulduğunuz ölkəni seçdikdən sonra o ölkəyə aid şəhərlər şəhər qutusuna dolacaqdır. Şəhərlərin içində sizin doğulduğunuz şəhər yoxdursa o şəhərə yaxın digər şəhərlərdən hər hansı birini seçin. (aradakı fərq əksər hallarda nəticəni dəyişdirməyəcək qədər cüzidir.) Şəhər seçildikdən sonra en və uzunluq dairələri, saat dilimi avtomatik olaraq dolacaqdır. Yay payız aralığında doğulanlar həm də Yaz Saatı (Saatların 1 saat irəli və geri çəkilməsi) müddətinə düşürlərsə müvafiq qutunu da seçməlidirlər.
- Bəzi dəyişikliklərlə əlaqədar saytdakı linklərə girə bilməsəniz lütfən ctrl+f5 tuşlarına basın. Bu hər şeyi yenidən yükləyəcəkdir. Hər hansı bir problem üçün facebook adresimizdən bizə yaza bilərsiniz.