Doğum xəritəsində Xoruz şüuraltını, zorakı dəyişmələri, böyük işləri, təkamülü, həyat verici qüvvətləri və tətbiqləri göstərər. Ayrıca yüksək idealları, bilinməyən aləmi, partlamaları,
zəlzələləri, kütləvi hadisələri, başlanğıc və nəticələri də idarə edər. Xoruz çox nizamlıdır. Xoruz ilində doğulanlar pul mövzularında qabiliyyətlidirlər. Başqa insanları
müvəffəqiyyətli şəkildə idarə edə bilərlər. Olduqca yüksək səviyyədə çalışan intizamlı bir zəkaları vardır. İnsanlar arasında təşkilatçılıqdan və hər mövzuda bir nizam təmin etməkdən
xoşlanarlar. Bunda müvəffəqiyyətli olarlar və bunun başqaları tərəfindən görülməsini və təsdiqlənməsini gözləyərlər. Ferma həyətində təşəxxüs sataraq gəzən bir xoruz kimi lovğalanma
xarakterləri vardır. Ümumiyyətlə öyrətmə qabiliyyətləri olan, xoş söhbət və ünsiyyətçi insanlardır. Hər cəmiyyətdə diqqəti cəlb edəcək bir mövzu taparlar. Xoruz ilində doğulanlar,
qadın və ya kişi olsun, günü gününə uyğun gəlməyən, qərarsız və kaprizli dəyişikliklər göstərərlər. Bunlar ya çox talehli ya da bəxtsiz olduqları mövqelərdə olarlar. Birini həddindən
artıq sevərkən eyni ölçüdə başqa birindən də xoşlanmazlar. Bunlarla ən az uyğunlaşma təmin edəcək olanlar Dovşan ilində doğulmuş olanlardır. Ayrıca İt və Meymun ilində doğulanlar ilə
də razılaşa bilməzlər. İki Xoruz birliyi də uyğun olmaz. Geri qalan qruplar ilə uyğun ola bilərlər.