Siçan


İllər - 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020



Siçan insanının liderlik xüsusiyyəti çox qüvvətlidir. Başlanğıclar etməyi, cəld davranmağı və ilk olmağı sevər. Çox işləyər, çox dərin duyğularla yaşayar və özünü işlərinə həsr edər. Siçan insanı həddindən artıq uclarda gəzməyi sevən və dərinləşə bilən bir təbiətə malikdir. Siçan insanı çox dürüst bir insandır. Siçan ilində doğulan adam həm möhkəm şəkildə çalışqandır, həm də pulunu güdən və diqqətlə xərcləyən biridir. Bəzən bu mövzuda xəsis biri olaraq qəbul edilə bilər. Bu insanlar ancaq üç vəziyyətdə pul xərcləməkdən çəkinməzlər: Əgər dərin bir şəkildə aşiq olmuşlarsa. İkinci olaraq bir kolleksiya sevdaları varsa. Son olaraq da karierlərində köməkçi olacaq bir mövzuda pul xərcləməkdən çəkinməzlər. Bu insanların əksəriyyəti nə istədiyini bilər və bu hədəfə çatar. Sıx iş tutumları vardır və açıq sözlü kəslərdir. Siçan ilində doğulanlar gerçək duyğularını gizləməkdə olduqca müvəffəqiyyətli olarlar. Hadisələrə səthi baxanlar onları soyuq maska taxmış kimi görə bilər. Halbuki bunlarda odlanmağa hazır dərin duyğular gizlidir. Siçan ilində doğulanlar ən müvəffəqiyyətli olaraq At ilində doğulanlar ilə birlik qurarlar. Bundan başqa birlikdə xoşbəxt olduğu insanlar Əjdaha və Meymun ilində doğulanlardir. Siçan ilə İt birliyi gərginlik meydana gətirər.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!