Sevgi münasibətlərində uyğunluğa çox əhəmiyyət verər. Dinc və güclüdür. Necə rahatlıq əldə edə biləcəyini bilir. Təbii və hərəkətli biridir. Yaxşı bir partnyordur. Çox dostcanlı deyil. Tez aşiq olar amma alovu tez sönər. Hər şeydən asan imtina edə bilər. İdealı bulana qədər hər şey keçicidir. Etibarlı və praqmatikdir. Nəfis görkəmi vardır, gözəldir, yaraşıqlıdır. Öz məziyyətlərini göstərməyi bacarır. Ev-eşiyi, qiymətli əşyaları, gözəl interyeri xoşlayır. O rahat ev ki, onsuz Şam inkişaf edə bilməz, onu çox zaman özü yaradır. Deyirlər ki, o nə istədiyini bilir, imkan vermir ki, dalğalar onu qoynuna alıb aparsın, həyat nə verirsə ona qanedir. Şamda mütilikdən əsər-əlamət yoxdur, şəraiti planlaşdırmağa və öz tələbatına uyğunlaşdırmağa qabildir. Cəsurdur, müqaviməti məğrur qarşılayır və işi gətirmədikdə ruhdan düşmür. Cəsarəti və risk etmək qabiliyyəti sayəsində həmişə irəlidə gedir. Fəaliyyət növündən asılı olmayaraq işdə müvəffəqiyyət qazanmağa qabildir. Şam inadcıllığı ilə fərqlənir, seçdiyi yolda inadcıllıqla irəliləyir və onu bu yoldan döndərmək çətindir. Ən mürəkkəb vəziyyətdən çıxmağı bacarır. Çox cəld və dəqiqdır. Üzügülərliyinə və yaxşı dost olmaq bacarığına baxmayaraq rəftarda və əliaçıqlıqda həddini aşmır. Öz firavanlığı və rahatlığı ona hər şeydən əfzəldir. Başqalarının uğursuzluqlarını gördükdə yuxusu ərşə çəkilmir, lakin yeri düşdükdə yoldaşlıq söhbətlərində bu uğursuzluqlar haqqında canıyananlıqla danışır. Yalnız bir şeydə zəiflik göstərir ki, o da məhəbbətdir. Həssas və tez qızışandır-asanlıqla uyur, sonra iş-işdən keçmiş olur. Bütün bunlarla yanaşı, dərin zəkası və nizamlı təfəkkürü vardır. Yaxşı təşkilatçı olur. Məqsədlərinə çatmaq üçün zəruri səylər göstərməyi bacarır və bir qayda olaraq çatır. Hər hansı xoşagəlməz hadisələrdən, hətta məhəbbət macəralarından şərəflə çıxmağı bacarır. Şam işarəsi qadınlar üçün son dərəcə uğurludur. Şam işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Estetik zəka, təşkilatçılıq qabiliyyəti, təhlilə meyl.