Qəribə və ziddiyyətlə dolu biridir. Eqoist və aqressivdir. Gözlənilməz reaksiyalar göstərər. Onda aristokrat ruhu vardır. Rastgələ davranır. Çox ehtiraslıdır və heç elastikliyi yoxdur. Çətin və alışılmışın xaricində bir həyat yoldaşıdır. Çox çətin bəyənəndir. Sadəcə təqdir edər. Çox qısqanc və ehtiraslıdır. Uyğunlaşma göstərmək üçün çox fədakarlıq etməkdən də xoşlanmaz. Maraqlı strategiyalar ortaya çıxarar. Onun nəzərində təbiilik ləyaqət deyildir. O, üslub, incə və zərif ədalar qayğısına qalır, həqiqətdə isə sadəcə utancaqdır. Qoz çox vaxt ziddiyyətlərdən ibarətdir, şıltaqçı, təcavüzkar, xudpəsənd olur. Lakin qonaqpərvər və nəzakətlidir, cəsarətli fikirləri vardır. O, loyal və vəfalı olduğu kimi, hərdəmxəyal da ola bilər. Heç vaxt bilmək olmur ki, bu vəya başqa halda o necə hərəkət edəcəkdir və onunla necə rəftar etmək lazımdır. Heç bir əsas olmadan öz dostluq və məhəbbətini bəxş edir və geri götürür. Bəzən əzab çəkməyi xoşlayır və əzab verməkdən həzz alır. Hökmən vəziyyəti mürəkkəbləşdirməlidir. Öz müstəsnalığını biruzə verməyə tələbat duyur və bundan əzab çəkir, qısqanc və gülərüzdür, təmkinli deyildir. Onu sevirsənsə, yaxud onunla dostluq münasibətin varsa, daim gözlənilməz əhvalatlarla qarşılaşacaqsan. Onun təsirinə qarşı dura biləcəyini hiss edirsənsə, baş qoş, əks halda səni tamamilə öz iradəsinə tabe edəcəkdir. Həyatda gözəl strateq olmağı bacarır. Öz niyyətinin nəticələrini yaxşı qiymətləndirir, məkrli hərəkətlərə də əl atır, o qədər də vicdan əzabı çəkmir. Hərəkətlərinin cəldliyi isə çox zaman məftun edir. Lakin sakit qozlara da rast gəlinir. Çalışır ki, həyatı adi həyat olmasın. Riskə getməkdən qorxmur, xoşa gəlməyə çalışmır, güzəştə getməyi xoşlamır, tapdanmış yollarla getmir. Qozun dostu çox olduğu kimi, düşməni də çoxdur. Belə hesab edir ki, yalnız özünə güvənə bilər. Öz müstəqilliyini və xüsusiyyətçiliyini qoruyub saxlamaq qayğısına qalır. Bəzən bunu görməmək və hesaba almamaq olmur. Qoz işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: Qətiyyət, müşahidə qabiliyyəti, təşkilatçılıq bacarığı.