Alışılmadıq bir gözəlliyi vardır amma insanları təsir etmək kimi bir dərdi yoxdur. Ədalətli və şəndir. Doğuşdan diplomatdır. Çox asan narahatlığa qapılar amma hər cür könül işlərində həssasdır. Bəzən fövqəladə davranar. Sevgili tapmaqda çətinlik çəkər. Şabalıd çox gözəldir, hətta dekorativdir, lakin ətrafında olanları öz cazibədarlığı ilə məftun etməyə çalışmır. Genişliyə ehtiyac duyur, çevik və qüvvətlidir. Anadangəlmə ədalət hissinə malikdir, hər hansı ədalətsizliyə etiraz edir. Nə kimi nəticə verəcəyinə baxmayaraq öz haqqını hər vasitə ilə müdafiə etməyə hazırdır. Öz xeyrini güdənlərə, hər cür taktiki və diplomatik hiylələrə nifrət edir, bununla da tez-tez özünə düşmən qazanır. Ünsiyyətdə mahir olmaması ona gətirib çıxarır ki, məşğələlərini çox dəyişdirir, tez-tez məyus olur, çox həssas və kövrək olduğu üçün bunu uzun müddət yadında saxlayır. İnadlı və təmkinli olmasına baxmayaraq tərs deyildir. Tədbirli və ehtiyatlı olmağı bacarır, buna görə də adətən maddi problemləri olmur. Əxlaq qaydalarına böyük əhəmiyyət verir, müəyyən həssaslığına baxmayaraq çox zaman puritanlığa meyl edir. HƏyatda rahat şəraitə aludəlik onda gözlənilməz haldır. Bəzən elə təsir bağışlayır ki, elə bil həyata uyğunlaşmamışdır. Lakin bu özünə nifrətin və başqalarına etimadsızlığın nəticəsidir. Şabalıd yola çətin gəldiyi üçün dil tapa bilir və çox vaxt pis adam kimi tanınır. BƏlkə də bu, başqalarını pərt etmək hərisliyi ilə bağlıdır. Məhəbbətdə tələbkardır, özü isə ömründə yalnız bir dəfə əsl məhəbbətlə sevə bilir, buna görə də səadətə qovuşmaq onun üçün çətindir. Məhəbbət içində duyduğu tələbat, eyni zamanda da sevilməmək qorxusu onun qarşı tərəflə münasibətlərini mürəkkəbləşdirir. Naqislikləri nəzakətsiz davranışında təzahür edir və çox vaxt ətrafdakılar üçün anlaşılmaz olur. Şabalıdın əqli həyati müşahidələrə əsaslanan canlı və konkret həyatdır. İstedadlıdır, cəlddir və dəqiqdir, lakin xəyalpərəstliyə və fəlsəfi düşüncələrə meyl edir. Həyatında çox şey ətrafdakılardan asılıdır. Yaxın adamlardan canıyananlıq və rəğbət gördükdə qabiliyyəti tam inkişaf edir. Şabalıd işarəsi altında dünyaya gələn adamların xüsusiyyətləri: şücaət, realizm, müşahidə qabiliyyəti və fəhm, təşkilatçılıq qabiliyyəti.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!