İşıq - Ahau


Xarakter - Sevgi dolu, özünü həsr edən, aktyor, xəyalpərəst və romantik. Sosial əlaqələrdə bacarıqsız amma yaxşı niyyətli. İnad və uzlaşmaz.

Xüsusiyyətlər -

İşıq günü Mayaların xüsusi ruhani ayinlərini təşkil etmək üçün seçdikləri gündür. Bu bürcdə doğulan insanların olduqca uğurlu olduqları deyilsə də, əslində olduqca kompleks bir təbiətə malikdir İşıq. Asteklər bu bürcün şairlər, müğənnilər, rəqqaslar və yaradıcı sənətkarlar bürcü olduğunu söylərlər. Bu cür peşələr isə daha yüksək bir güc ilə daxili bir əlaqənin ifadəsi olaraq görünməkdədir. İşıq günündə doğulan insanlar xüsusi ruhani qabiliyyətlərə sahib olarlar və kollektiv şüuraltı ilə güclü bir əlaqələri olduqları iddia edilməkdədir. Onların ətraf dünya ilə olan bu əlaqələri çox yaxın, çox sürətli və dolayısı ilə narahat ola bilər. İşıq insanlarını məcbur edən imtahan, gücü doğru və sağlam bir şəkildə istifadə edə bilməkdir. Başqa bir zəif nöqtələri isə rahatlıqla dünyəvi zövqlərə və arzulara aludə ola biləcək vəziyyətdə olmalarıdır. Əgər mistisizmin sağlam olmayan cəhətindən uzaq dayanmağı bacara bilsələr və dünyəvi arzularına qapılmazlarsa, zəngin və müdrik olacaqlar. Ataların və onların rəhbərliyinə bağlanmanın günü. İşıq insanları xəyalpərvərdirlər. Güclü daxili idealları vardır bunları reallaşdırmaq üçün inadla səy göstərərlər. Sənətkar, qəhrəman, atlet və müdrik kahinlər olan İşıqlar insanlara liderlik edər və onları qoruyarlar. Əksəriyyəti bir və ya daha fərqli sahələrdə sənət zövqü inkişaf etdirərlər.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!