Qartal - Men


Xarakter - Azad, ehtıraslı və realizmdən qaçan. Elmi, texniki mövzulara qabiliyyətli, tənqidçi və vasvası. Həyat haqqında unikal fikirlərə sahibdir.

Xüsusiyyətlər -

Qartal günündə doğulmuş insanların fərqindəliyi çox açıqdır və sanki olan bitən hər şeyi bilirlər. Eynilə yüksəkdən uçan və uzaqları görə bilən bir qartal kimi. Qartal bürcü insanı həm material həm ruhsal olaraq güclüdür, və ümumiyyətlə istədiklərinə nail olar. Bu həm ruhunun güclü, həm də motivasiyasının yüksək olmasından qaynaqlanar. Qartal insanı cəmiyyətdə yüksəlməyə yönəlik bir ehtiras daşıyar və bunu çox yaxşı bir işadamı olaraq ortaya qoya bilər. Maddi mənadakı zənginliyinin yanında ruhani olaraq da qaynaqları zəngindir, buna görə bir Şaman və ya din adamı olaraq da cəmiyyətdə önə çıxa bilərlər. Qartal bürcü bütünlük və tamamlanmanın simvoludur. İnsan varoluşunun hər səviyyəsində mükəmməllik üçün məşğul olmağı təmsil edər. Qartal insanı yüksəklərə çata bilmək üçün varlığının mərkəzində və tarazlıqda qalmalıdır. Qartal daxili bilginin simvoludur; dərin daxili qavrayış və müdriklik. Bu yolun hər bir pilləsinin bizə öyrədəcəyi bir şey vardır. Qartalda isə daxili bilginin gücünü taparıq. Qartal iti bir göz və zəkaya malikdir. Qartal insanları olduqca telepatik bir hala gələ bilərlər; problemləri asanlıqla həll edə bilərlər və daha sonra cavabın haradan gəldiyini düşünərlər. Yer və göy arasında vasitəçidirlər. Qartal üstün geniş dünyagörüşündən və iti zəkasından ötəri maddi bərəkətə və yaxşı bir taleyə sahib olar. Səbir və dərin bir dəyər hissiylə qabiliyyətləndirilmiş bir xəbərçi olan Qartal, ruhun qanadlarına ümid və güvən gətirər. Başqalarına şəfqətlə xidmət etmək Qartal insanının rifahını davam etdirməsini təmin edər, beləcə qanad çırpıntıları onun quş qardaşlarının yaşamasını təmin edər. Əgər Qartal həddindən artıq rəqabətçi və ya sahiblənici bir hala gəlsə, ehtiras və qısqanclıq üzündən yüksəklərdən alçaqlara düşə bilər. Qartallar hərəkət etmənin azadlığı ilə müqəddəs hesab edilmişdir və gerçəklərdən qaçma potensialı da birlikdə gəlir. Müdrik qartal problemlərdən qaçmaz, bunun yerinə fərqli və yeni yanaşmalar gətirər.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!