Qamış - Ben


Xarakter - Populyar, bilgili, bacarıqlı ve qabiliyyətli. Prinsiplər üçün mübarizə edər, ideoloqdur. Ona meydan oxunduğu zaman buna qarşılıq verər.

Xüsusiyyətlər -

Bu gündə doğulmuş olmaq uğurlu bir vəziyyətdir. Qədim Meksika mifologiyasında bu gün Tüklü İlanın (Quatzelcoatl), yəni işıq gətirən Tanrının ad günü və tanrıların dünyaya endiyi gün olaraq bilinir. Bu gündə doğulanlar məhsuldardır. Cəmiyyətdə lider olaraq önə çıxarlar və valideyn olaraq da uğurlu və müdrik olarlar. Bu bürcün insanları çox uşaq dünyaya gətirməyə meyllidir. Onlar bu valideyn rolunu geniş ailələri və cəmiyyət içində ələ alarlar. Dünyanın daşıyıcı sütunları kimidirlər. Qamış günündə doğulmuş insanlar bir az içlərinə qapalı və mühafizəkar ola bilərlər. Bu onların həyatda öyrənmələri lazım olan təməl şeyi göstərər: elastiklik. Başqa insanlarla əlaqələrində və öz zehni fəaliyyətlərində elastik olmağı öyrənmək bu gündə doğulan insanların mühafizəkarlığa görə yaşadıqları qarşıdurmalardan sıyrılmalarını təmin edəcək. Qamış insanları ailə və yuvanın ruhi özü, qoruyucuları və işıq rəhbəridirlər. Risk alarlar. Qabaqcıldırlar. Güclü prinsipləri vardır. Nəticələrlə məşğul olan qabiliyyətli natiqdirlər. Rahatlamağı və əylənməyi sevmələrinə baxmayaraq stressli işlərdə çalışa bilərlər və olduqca intizamlıdırlar. Nə iş görməyi seçsələr o sahədə üstün olarlar. Qabiliyyətlərinin qaynağı bütünlükləri və fərdi etibarlarıdır. Güc və inanc təməl dəyərləridir. İntellektual və/vəya yaxşı təhsillidirlər. İnsanın təbiətini anlamağa meyllidirlər. Möhkəm və analitik olan Qamışlar, bütün əlaqələrində dinclik, barış və uyğunlaşma təmin etməyə çalışar. Bu bürcün insanları müzakirə sahəsində böyük qabiliyyətlərlə müqəddəs hesab edilmişdir və bu qabiliyyət sıx bir şəkildə test edilməkdədir. Qamışlar həddindən artıq təqdir ehtiyacı içində olarlar və elastik olmayan dünyagörüşləri və yüksək gözləmələri səbəbiylə iş və evlilik həyatlarında problem yaşaya bilərlər. Bu onların əlaqələrində sevginin aşınmasına yol aça bilər. Qamışın dərsi bir bağça şlanqı kimi ola bilməkdir, polad bir boru deyil.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!