Fırtına - Cauac


Xarakter - Gənc və dinc, hərəkətli, dost canlısı və köməksevər. Hərtərəfli, yaxşı tələbə və müəllim. Fəlsəfə və dinə yönəlir. Sağalma və təmizləmə ilə əlaqədar.

Xüsusiyyətlər -

Mayalı şamanlar, Fırtına bürcündə doğulan insanların bu həyata gələrkən üzərində çalışacaqları böyük bir karmik yük gətirdiklərini söyləyərlər. Bu bürcün insanları qeyri adi miqdarlarda əzab və kədər ilə mübarizə etmək məcburiyyətində qalarlar. Karmik keçmişləri bu qədər fırtınalı olmasına baxmayaraq, yaxın keçmişləri əslində daha uğurludur. Fırtına insanları olduqca həssas və şəfqətli varlıqlardır. Bu həssas təbiətləri onların dünyaya xidmət etmək üçün böyük bir arzu duymalarına gətirib çıxarar. Fırtına insanları bu şəkildə daha yüksək bir məqsəd üçün özlərini həsr edərək karmik çətinliklərindən xilas ola bilərlər. Bunu reallaşdırdıqlarında müsbət həllər yaşayacaqları qədər, bu yüksək məqsədi reallaşdırmaq üçün də güclənəcəklər. Fırtına insanının diqqətə çarpan bir başqa xüsusiyyəti də neçə yaşında olursa olsun yaşlanmaması və ömrü boyunca gənclik enerjisini daşımasıdır. Fırtına ən azından səthi olaraq gücün, qüvvətin, gənclik və marağın simvolu olaraq bilinir amma bu bürcün daha dərin bir tərəfi də vardır. Fırtına insanları tezcanlıdır, zehni olaraq aktivdir, söhbətcil və yoldaş canlısıdır. Bu bürc insanlarının əksəriyyəti din, sprituallıq və ya filosofik işlərlə əlaqədardır. Səfərdəki bu pillədə, bu bürc bizə təmsilən `yağışın bərəkətini` gətirər; yağışdakı bolluq və hədiyyələri. Fırtınanın özü, çöldəki dünyada hirs və bəla qasırğaları əsərkən evdə yaşanan birlik, təhlükəsizlik, istilik hissidir. Həmişə dinc olan Fırtınalar azadlığın ekstazını təcrübədən keçirmək üçün var olarlar. Öyrənməyi sevərlər və mükəmməl müəllimdirlər. Külək insanları hər vaxt yeni təcrübələrin arxasındadırlar. Bu xüsusiyyət onları daxili fırtınalara və xarici çətinliklərə istiqamətləndirə bilər. Bu çətinliklərə baxaraq, ki bunlar əslində təhsil təcrübələridir, zərər görməkdənsə həyatlarını zənginləşdirərlər.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!