Meymun - Chuen


Xarakter - Diqqətəşayan, aktyor, zəkalı və duyğularını gizlətməyən. Fərqli maraq dairələri, danışqan və hədsiz hər şeylə maraqlanan.

Xüsusiyyətlər -

Meymun ən şanslı bürclərdən biridir. Bu bürcdə doğulanlarin evlilik, uşaqlar, iş və pul kimi mövzularda çox şanslı olduğu bilinməkdədir. Onlara bir şey öyrətməyə ehtiyac yoxdur çünki onsuz da bilirlər. Meymun insanları bu dünyanın təbii sənətkar və ustalarıdır. 20 bürc içində ortada olduqlarından bir meymun kimi bütün digər bürclərin xüsusiyyətlərindən bəslənə bilərlər. Bu da onların hər işdən bir az anlamalarıyla nəticələnər. Yoldaş canlısı olarlar və diribaş olduqlarına görə çox sevilərlər. Amma sənət adamlarının eqo problemi məşhurdur. Meymun bürcündə doğulanlar öz yaradıcılıqları, bacarıqları və şansları ilə maraqlanmağa o qədər aludə ola bilərlər ki, başqalarını düşünməkdə laqeydlik göstərə bilərlər. Eqoistlik onların qaranlıq tərəfidir və həyatdakı imtahanları bu eqoistliyi aşmaqdır. Mayalarda Meymun zamanın toxuyucusu olaraq bilinir. Meymun düşüncələri sanki bir yumaq kimi əlinə alar və onları toxuyaraq bizim həqiqət parçamıza hörər. Yeni düşüncələr və ya görüşlər də həyatımıza yenə bir meymun tərəfindən toxunar. Güclü şəxsiyyətləri vardır, bəzən romantik olaraq digərlərinə müəyyən məsafədə dayanarlar. Təbii bir lider olaraq ya öndər ya da müstəqil olmağı seçərlər, ikisinin ortasına çox nadirən rastlanılır. Kiçik zarafatlar etməyi və diqqət çəkməyi o qədər çox sevərlər ki, səhnə işığını almaq üçün bəzən həddindən artıq rola girərək təlxək ola bilərlər. Əlindən hər iş gələn, mehriban, ağıllı və comərd bir xarakter nümayiş etdirərlər. Meymunların günahsız maraqları onları artistik ifadə və qurucu həllərə istiqamətləndirər. Bir çox Meymun çox hörmət görən bir tacir və ya natiq ola bilər. Meymunlar maraqlarını bir mövzuda qısa bir müddət üçün yığa bilərlər və hər hansı bir mövzuda ustalaşacaq qədər ona maraq göstərə bilməzlər.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!