Kərtənkələ - Kan


Xarakter - Liderlik ve verimliliklə əlaqədar, aktiv, dinamik ve seksual. Təsirli, yüksək standartlara sahib.

Xüsusiyyətlər -

Mayalar Kərtənkələ günündə doğulan bir insanın həm zəngin həm də müdrik olacağını söyləyərlər. Əgər diqqətlərini öz həyat missiyalarına versələr yaxşı taleyin onlara gələcəyi deyilməkdədir. Kərtənkələ insanı olduqca dünyəvidir və həyatında yaxşı sağlamlığa və bərəkətə malikdir. Tipik bir kərtənkələ eyni zamanda son dərəcə seksualdır və bu əslində onun məhsuldarlığının və bərəkətliliyinin bir göstəricisidir. Arzuları üzərində idarəni itirmələri onların həyat missiyalarından da uzaqlaşmalarına yol aça bilər ki bu Kərtənkələ insanın aşması lazım olan maneədir. Əgər həyati enerjilərini seçdikləri bir işə doğru yönəltsələr, bu mövzuda ustalaşarlar və zəngin və müdriklik dolu bir həyat sürərlər. Ailə, cinsilik və sehrli cücərmə bu bürcün xarakter xüsusiyyətləridir. Təbii şəbəkə qurucu olan Kərtənkələ insanları özlərini və başqalarını borclardan və keçmişin bezdirici qəliblərindən azadlaşdırmağa çalışarlar. Bu bürcdə doğan insanlar güclü mütəfəkkirlərdir, lakin zehin elastikliyindən məhrum olma meylləri vardır. Bir şeyi başdan sona düşündükdən sonra, asanca bu düşüncələrindən sapmazlar. Bu insanlar yaradıcı və məhsuldar bir həyat sürərlər və ümumiyyətlə dəyişməz, ancaq qeyri adi əlaqələri vardır. Son dərəcə seksual insanlardır və içəridə kükrəyən bu primitiv enerji ilə bir şey etməlidirlər. Güclü zehinlərindən özünü dəyişdirmə yolunda istifadə etdiklərində, bolluq və doyuma doğru gedən bir yol rəhbəri olacaq. Həqiqi bərəkəti yaratmaq üçün Kərtənkələ aldığı bütün hədiyyələrin və dərslərin dəyərini bilməlidir və öz mənliyinə istiqamətli dərin araşdırmalar etməlidir. Təşəkkür və özüylə üzləşmə cəsarətinin əskikliyində, Kərtənkələ özünü gedərək daha az məhsuldar mühitlərdə tapacaqdır.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!