Külək - Ik


Xarakter - Danışqan, çevik, ağıllı və hərtərəfli. İdealist və romantik. Sənətkar vəya Modanı hiss edən

Xüsusiyyətlər -

Külək, hamımıza həyat verən və canlı tutan Hindlilərin "prana" dedikləri həyati ruhu simvolizə edər. Mayalara görə Külək, Tanrının nəfəsidir. Külək günündə doğan insanlar bu ilahi gücü sıx şəkildə daşıyarlar. Həyat enerjiləri və yaradıcı ilhamları çox yüksəkdir. Əgər Külək insanı, içini dolduran bu enerjinin öz eqosu deyil, ilahi nəfəs olduğunu bilərək hərəkət etsə, az qala sonsuz bərəkətli bir enerji ilə bəzənər və bir yaz axşamı əsən şirin bir külək kimi olar. Əks halda bu gücün eqosundan qaynaqlandığını düşünsə, bir qasırğa kimi əsə bilər və bu gücü səhv şəkildə istifadə edə bilər. Ruhun və həyatın nəfəsi Külək, yaxşı toxumları və ya fikirləri əkmənin və yaymanın gücünü daşıyır. Güclü obrazları ilə xəyalçı və ya plançıdırlar. Külək insanları çox yaxşı natiqdir və sanki küləklə daşıyırmışcasına ruhi ilham sözlərini yayarlar. Külək hava hadisələri, eroziya və mədəni dəyişmə kimi təbii dövrlərin arxasındakı gücdür. Külək insanları son dərəcə dəyişən və uyğundur. Digərlərinə əsassız və ya dəyişən görünə bilərlər. Külək insanı şıltaqlıq edərək özünə və başqalarına zərər verə bilər. Külək bacardıqlarına və konkret işlərinə söykənən qürur və məğrurluqla irəliləyərkən, qasırğaya çevrilə biləcək qara buludlar ortaya çıxarırlar. Güclü estetik həssaslıqları vardır sənət və gözəllik yaratmaqla məşğul olarlar.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!