Yaquar - Ix


Xarakter - Sirrli, həssas, zəkalı və ruhani. Din və spritizmlə əlaqəli. Aqressivdir amma birbaşa cəbhə almaqdan qaçınar.

Xüsusiyyətlər -

Yaquarlar gecə görmə qabiliyyəti son dərəcə yüksək heyvandır. Yaquar günündə doğulmuş olanların da digər insanların görmədiklərini görmək kimi qabiliyyətləri vardır, eynilə bir Yaquar kimi. Bu yüksək Şamanik və ruhani qabiliyyətlər ilə Yaquar insanında özünü göstərər. Mayalara görə Yaquar günündə doğulanlar zəngin olmağa meyllidir. Amma bu zənginliyin bir əvəzi vardır ki, bu əvəz özünü xəstəliklərlə göstərə bilər. Yaquar insanına zənginliyi gətirən güc eyni şəkildə çevrilmə içində bir təzyiq gətirər. Çevrilməyə müqavimət göstərildiyində isə xəstəlik ortaya çıxar. Təbii ki bunun bir həlli vardır: çevrilməni qəbul etmək və daxili çevrilişə qucaq açmaq. Çevrilmə ehtiyacına uyğunlaşan bir Yaquar insanı çox güclü bir Şaman fiquru olaraq qarşımıza çıxa bilər. Yaquar insanları ümumiyyətlə dindar və spritualdır vəya sprituallıq həyatlarında əhəmiyyətli bir rol oynayar. Torpaq anaya qarşı dərin bir sevgiylə doğulan Yaquar və ya şaman bütün Yer üzü ovsunlarının qaynağıyla birbaşa əlaqəlidir. Yaquarın ruhu Maya məbədlərində məskunlaşmışdır və maddi yollarla olduğu kimi ruhi yollarla da yardım üçün çağırılar. Yaquar ayrıca Təşəkkür tanrısı/ilahəsidir. Bütünlükdən doğan böyük bir intellektual gücə və daxilində güclü bir xarakterə sahibdirlər. Yaquar enerjisi təbiəti etibarilə dişidir və meşələrin, düzənliklərin, dağların idarəçi ruhudur. Yaquar hər cür ünsiyyət və qarşılıqlı təsir zamanı diqqət mərkəzində dayanar, bu olmazsa balanssız güc axtarışına girər. Gücdən doğulan səbir və bacarıq, ani qərar və hərəkətlərlə bir hücuma çevrilə bilər. Həm cürətli, həm görünməz olan Yaquarlar ümumiyyətlə birbaşa hücum etməzlər və onlardan gələn ünsiyyət ümumiyyətlə bir azca sirrlidir. Bütünlüyün əskikliyində Yaquarın gücü pozular və yalnız zənginlik və şöhrət axtaracaq hala gələr.

ILK-10 Azeri Website Directory Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!