Neptun

Neptun

Hisslərdə artım, xəyallar və xülyalar, laqeydlik və xaos duyğusu, aldatma, həqiqətdən qaçma vəziyyəti və yaradıcılıqda artım…


Neptun planetindən "sirrli" deyə söz açırlar. Qədim mifologiyaya görə Neptun, dəniz tanrısıdır. Əslində dənizidə bilinməyən və sərhədsiz bir ünsürdür. Neptun da sərhədləri aşmağı və maneələri yıxmağı təmsil edir. Amma bu yıxım daha çox düşüncə şəklində ortaya çıxır. Neptunun ulduz xəritəsindəki yeri bu düşüncə və hissin nə şəkildə istifadə ediləcəyini göstərir. Veneranın bir oktava yuxarısındakı Neptun mücərrəd mənada gözəllik gətirir. Ən gözəl musiqini, şeiri, ədəbiyyatı, formaları və xüsusi gözəllikləri yaradan sənətkarların ilham pərisidir. Yuxuların, şüuraltının, xəyalların, yanılmaların, fantaziyaların, sehrli və ovsunlayıcı hər şeyin idarəçisidir. Ümumiyyətlə Ayın idarə etdiyi hissləri gücləndirir. Çox şəfqətli və mərhəmətli olan Neptun başqaları üçün özünü fəda etdirər. Başqalarının ağrılarına ortaq olma, fədakarlıq, vericilik kimi xüsusiyyətlər verir. Neptun təmizləyici və saflaşdırıcıdır. Kobudluğa dözümü yoxdur və yaxınından keçən digər planetləri də təmizləyər və saflaşdırar. Son dərəcə həssas olan Neptun bizim də həssas olmamıza səbəb olaraq sənətkar və yaradıcı istiqamətimizi ortaya çıxarır. Simvol və hərəkətlərlə olan bütün sənətlərin yəni foto, film, balet, digər rəqslər, musiqi, şəkil və şeirin hamisidir. Neptun hər şeydən əvvəl çəndir. Bizim gündəlik həyatın həqiqətlərindən qaçıb xəyallara sığınmamıza səbəb olur. Hər cür məhdudlaşdırılmağı rədd edərək bunları aşmağa çalışır. Çən və bulanıqlığı təmsil etdiyi üçün həqiqətləri görməyimizə mane olur. Öz özümüzü aldatmağımıza, başqaları tərəfindən aldadılmağımıza, səhv anlamağımıza ya da yanlış anlaşılmağımıza səbəb olur. Göz qamaşdırıcı, ehtişamlı şeyləri təmsil edərkən gerçəkləri göstərməz. Həyatın həqiqətlərini soyuq bir şəkildə önümüzə qoymaq Saturnun, bizə ilham qaynağı olmaq isə Neptunun vəzifəsidir. Neptun bədəndə limfa vəzlərini, hipofiz vəzini idarə edir. Həm də yuxunu təmsil edən planet də Neptundur. Astrologiyada Neptun Balıq bürcünün idarəçisidir. Zodiak dövrünü 146 ildə tamamlayar və hər bürcdə ortalama 14 il qalar.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!