Günəş

Günəş

Qürur, həyat sevinci, mərdlik, yaradıcılıq, comərdlik, sevgi, özünü bəyənmə, soyluluq və ətrafa təsir etmə istəyi…


Günəş dünyadan görünən ən parlaq ulduzdur. Günəş dünyaya həyat verən güc olduğu üçün astrologiyada yaradıcı olaraq şərh olunur. Günəş, ümumiyyətlə ulduz olduğu üçün xəritəsinin idarəçi gücü olaraq qəbul edilir. Bir ulduz xəritəsində Günəşin olduğu bürc, xəritə sahibinin şəxsiyyətini və bu şəxsiyyəti necə ifadə etdiyini göstərir. Bütün insanlar olmasa belə bir çoxu, öz günəşlərinin olduğu bürclərin xüsusiyyətlərini əks etdirərlər. Bütün qəzet və jurnallarda bürclər küncündə bəhs edilən günəş bürcünüzdür. Günəş olmadan həyat ola bilməzdi. Günəş sizin fərdiliyinizi, özünüzə xas xarakterinizi, məqsədlərinizi, qərarlığınızı, qürurunuzu, canlılığınızı, sağlığınızı, fərdi müvəffəqiyyətinizi, ictimai müvəffəqiyyətinizi, və ürəyinizi idarə edir. Xülasə olaraq Günəş sizin eqonuzdur. Özünüzü necə gördüyünüz və özünüzə verdiyiniz dəyərdir. Bu planet sizin cəmiyyət içindəki yerinizi yəni başqalarının sizi necə gördüyünü də təyin edir. Planet sistemimizin ürəyi sayılan Günəş bədənimizdə də ürəyi və onurğa sütununu idarə edər. Astrologiyada Günəş Aslan bürcünün idarəçisidir. Günəş "kişi" bir ulduz sayılar, atalıq və nüfuz anlayışlarını özündə toplayar. Atanızı, kişi idarəçinizi, çox əhəmiyyətli kişi müştərilərinizi, həyatınızda əhəmiyyət daşıyan kişiləri, bu ankı oğlan dostunuzu və oğlunuzu təmsil edir. Günəş sizə təsir etməyən hər hansı bir planeti işıqlandırir və doğruları əks etdirir. Onun üçün Günəşin ulduz xəritənizdəki digər planetlərlə olan bucaqları, əlaqəsi siz və gələcəyinizlə əlaqədar çox şeylər izah edir. Deyə bilərsiniz ki niyə bir-biri ilə eyni bürcdə olan insanlar bir-birinin tamamilə eynisi deyil. (O zaman 12 bürc olduğu üçün 12 tip insan olmalı idi!) Çünki yüksələn bürcünüz var. Bu sizin doğulduğunuz anda üfüqdə yüksələn planetdir. Bunu da doğum yeri və saatı ilə hesablaya bilərik. Yüksələn bürc çox əhəmiyyətlidir amma əgər doğum saatını bilmirsinizsə yenə də kədərlənməyin. Günəş bürcünüzlə də çox şey öyrənə bilərsiniz. Həyatınızın bolluq dövrlərini ya da məhdudlaşdırıldığınız dövrləri öyrənə bilərsiniz. Günəş öz fərdiliyinizi necə ifadə etdiyinizi, eqonuzun enerjisini necə ortaya çıxardığını söyləyir. Günəşin ulduz xəritənizdəki digər planetlərlə olan əlaqəsi də çox şey ifadə edir. Günəş zodiakın ətrafındakı dövrünü bir ildə tamamlayır.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!