Səbir, stabillik, güvən, intizam, məsuliyyət, xəsislik, əməklərin qarşılığını alma, imtahan olma vəziyyəti…
Saturnun ümumi təsiri Yupiterin bolluq və sevinc təsirinin tərsidir. Məhdudlaşdırmalara, xəyal qırıqlıqlarına səbəb olan və ümumiyyətlə daha çox məsuliyyətlər yükləyərək insanı intizamlı olmağa məcbur edən soyuq bir planetdir. Həyat bizə çox şey öyrədir. Saturn da bu müəllimə bənzəyən, verdiyi dərslər ümumiyyətlə sərtdir amma bu dərslər bizi müvəffəqiyyətə aparır. Saturn, düşüncə, konsentrasiya, davamlılıq, konkret mükafatlar, stabillik, ehtiras və məhsuldarlıq planetidir. Bu vəzifə duyğusu ilə dolu planet tədbirli olmağı, çətinlikləri, gecikmələri, məhdudlaşdırmaları, qaydaları, məsuliyyət duyğusunu, ağrını, qorxunu, inkarı, bir şeyi çətin yoldan əldə etməyi, nüfuzu və intizamı idarə edir. Bu qədər mənfi xüsusiyyətlərinə baxmayaraq Saturn olmasaydı başladığımız işləri bitirə bilməz, irəliləyə bilməzdik. Geriyə baxdığımız zaman, qarşımıza çıxmış olan ən böyük çətinliklərdə bizə güc qazandırdığını, xarakterimizi və təbiətimizi qüvvətləndirdiyini görürük. Saturn kəsə yoldan getməyi sevməz. Xüsusilə üzləşmək istəmədiyimiz hadisələrlə üz-üzə gətirir. Çətin və əzabverici yoldan da olsa hadisələrin öhdəsindən gəlməyimizə kömək edər. Ulduz xəritəsində Saturnun toxunduğu yerlərdə yavaşlama olacaqdır və Saturn bizə yetkinlik gətirəcəkdir. Səbirli və fədakar olmağı öyrədir. Saturn bədəndə dəri, sümüklər və öd kisəsini idarə edir. Astrologiyada da Saturn, Oğlaq bürcünün idarəçisidir. Zodiakdakı dövrünü 29 ildə tamamlayır və hər bürcdə iki il yarım qalır.