Pluton

Pluton

Yox etmə, yenidən yaratma, mükəmməlləşdirmə, araşdırma və dərinə enmə, insafsızlıq, qaranlıq, yenilənmə…


Mifologiyada yeraltı tanrısını simvolizə edir. Pluton bilinməyəni, yəni ölüm və ölümdən sonrakı həyatı təmsil edir. Yenidən doğuşun, çevrilmənin, başqalaşmanın, başlanğıc və bitişin planetidir. Pluton psixoloji baxımdan şüuraltını göstərir. Aludəçiliyi, tabuları, vərdişləri, böhranları, həyat və ölüm kimi təməl mövzuları idarə edər. Ulduz xəritəsində yer dəyişdirərkən adamın hər cür çətinliyin öhdəsindən gəlməsini təmin edər. Pluton keçdiyi hər hansı bir ev ya da yaxınlaşdığı planetə dərinlik və güc verər. Plutonun ulduz xəritəsindəki yeri, adamın şüuraltındakı gizli güclərini hansı ölçüdə xaricə vura biləcəyini və hansı ölçüdə istifadə edə biləcəyini göstərər. Yenə planetin xəritədəki yeri, yeni şərtlər qarşısındakı davranışları izah edir. Pluton gizli qalmış, görülməyən, gizlənən şeylərin də idarəçisidir. Bədəndə cinsiyyət sistemi, sidik yolları və sidik kisəsini təmsil edir. Astrologiyada Pluton Əqrəb bürcünün hamisidir. Pluton 246 ildə dövrünü tamamlayır və bir bürcdə 32 ilə qədər qalır.

Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!