Gözlər.


Açıq rəngli, geniş dolğun və azca çıxıq gözlər: Anlayışlı olarlar. İnad olmamaqla birlikdə bildiklərindən çox çaşmazlar. Sevimli, eşq mövzusunda utancaq olarlar. Sirrli azca dərin gözlər: Özlərinə pərəstişkardırlar. Təriflənməyi sevərlər, zövqləri həddindən artıq və balanssız olar. Yalandan xoşlanarlar. Başqalarını məğlub edə bilmək üçün hər şeyi gözə alarlar. Etibarsız və hiyləgər olarlar. Qürurlu, çox xaindirlər. Şəkillərinə görə gözlər. Kiçik gözlər: Hoppa olar. Sözünə güvənmək olmaz. Xəsis, utancaq, vəsvəsəli olarlar. Böyük gözlər: Zərif olarlar. Dostları ondan, o dostlarından məmnundur. Yumru gözlər: Oynaq xarakterli olarlar. Çəp gözlər: Həyata baxışları da elədir. Dostluqlarına diqqət yetirilməlidir. Çuxur gözlər: Xain və mərhəmətsiz olarlar. Bilinməyəni görmək, sirrli mövzuları qurcalamaq istəyərlər. İri gözlər: Hər şeyin dərinliyini görmək və tapmaq istəyərlər. Mərhəmətli, anlayışlı etibarlı insanlardır. Özlərinə etibarları tamdır. Qıyıqgözlər: Sirrli, zəif görünüşləri altında çox güclü bir xarakter vardır. Romantik istiqamətləri ağırlıq təşkil edər. Partlaq gözlər: Mehriban, uyğun və həyata çox bağlı kəslərdir. Ona edilməsini istəmədiyi şeyləri başqasına etməz. Yaxşı bir dostdurlar. Rənglərinə görə gözlər. Göy gözlü qadın: Can alandır. Eşqlərində dəyişəndir. Dilbər xarakterlidir. Ala göz: Xəyal dünyası genişdir. Nəzakətli, hesabını bilən, güclüdürlər. Qara göz: Xarakteri möhkəm, mehriban hörmətli, ələ ovuca sığmayan bir enerji və coşğu dolu insanlardır. Yaşıl göz: Altıncı duyğuları güclü, azad və dürüst insanlardır.
Rambler's Top100
X

Saytımız xoşuna gəlir?

Dəstəyini Göstər. FANımız ol!